...

Böyük Britaniyanın Baş naziri Nizami Gəncəvi Beynəlxalq Mərkəzini tərifləyib

Siyasət Materials 12 Mart 2015 13:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir İlkin İzzət/

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti təqdirəlayiqdir. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu sözləri Böyük Britaniyanın Baş naziri Devid Kameron deyib. Devid Kameron Mərkəzə ünvanlandığı məktubda təşkilatın fəaliyyəti və aprelin 27-39 Bakıda keçiriləcək III Qlobal Açıq Cəmiyyətlər Forumu ilə bağlı fikirlərini bildirib.

Böyük Britaniyanın Baş naziri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dünyada beynəlxalq təhlükəsizliyin təmin olunması istiqamətində mövcud əməkdaşlığın artırılmasına yönəlmiş fəaliyyətini təqdirəlayiq hesab edir.

Baş naziri Devid Kameron III Qlobal Açıq Cəmiyyətlər Forumunun uğurlu keçməsi üçün ən xoş arzularını çatdırıb.

Xatırladaq ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əsas məqsədi müxtəlif xalqlar və mədəniyyətlər arasında dialoq, tolerantlıq və anlaşmanın təbliğ olunmasıdır. Bu istiqamətdə müxtəlif hökumətlər və ictimai təşkilatlarla sıx əməkdaşlıq edən Mərkəz bir sıra beynəlxalq tədbirlər təşkil edib.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bütün layihələri, o cümlədən III Qlobal Açıq Cəmiyyətlər Forumu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə reallaşır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti