...

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Qarsda ulu öndər Heydər Əliyevin adını daşıyan liseyin açılışında iştirak ediblər (YENİLƏNİB)

Siyasət Materials 17 Mart 2015 16:01 (UTC +04:00)
Türkiyənin Qars şəhərində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını daşıyan texniki liseyin açılışı keçirilib.
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Qarsda ulu öndər Heydər Əliyevin adını daşıyan liseyin açılışında iştirak ediblər (YENİLƏNİB)

Məlumat yenilənib (ilk xəbər saat 15:35-də yayılıb)

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin Qars şəhərində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını daşıyan texniki liseyin açılışı keçirilib. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Georgi Marqvelaşvili iştirak ediblər.

Bu barədə Trend Türkiyənin "TRT Haber" telekanalına istinadən məlumat verir.

Mərasimdə Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan geniş nitqlə çıxış ediblər.

Bu gün, eyni zamanda, Qarsda Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Transanadolu boru kəmərinin (TANAP) təməlqoyma mərasimi keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti