...

Spiker: Azərbaycan Latviya üçün vacib tərəfdaşdır

Siyasət Materials 15 Aprel 2015 16:37 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Latviyaya rəsmi səfəri çərçivəsində Latviya Seyminin spikeri xanım İnara Murnietse ilə görüşüb.
Spiker: Azərbaycan Latviya üçün vacib tərəfdaşdır

Azərbaycan, Bakı, 15 aprel /Trend/

Xarici işlər naziri Elmar Məmmədyarov Latviyaya rəsmi səfəri çərçivəsində Latviya Seyminin spikeri xanım İnara Murnietse ilə görüşüb.

Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ölkəmizin Cənubi Qafqaz regionunda Latviya üçün vacib tərəfdaş olduğunu bildirən İ.Murnietse ikitərəfli münasibətlərin cari vəziyyətinin məmnunluq doğurduğunu bildirib. Hər iki ölkənin qanunverici orqanları arasında sıx əlaqələrin mövcud olduğunu bildirən latviyalı spiker "Şərq tərəfdaşlığı" çərçivəsində 21-22 may tarixlərində Riqada keçiriləcək Zirvə toplantısında Azərbaycanın ən yüksək səviyyədə təmsil olunacağına ümidvar olduğunu deyib.

Parlamentlərarası diplomatiyanın vacibliyini vurğulayan E.Məmmədyarov iki ölkənin qanunverici orqanları arasında sıx əməkdaşlığın olduğunu bildirib. O, həmçinin müxtəlif parlamentlərarası təşkilatlar çərçivəsində Azərbaycan və Latviyanın qanunverici orqanlarının əməkdaşlığını qeyd edib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar barədə məlumat verən nazir regionda sülh və sabitliyin bərqərar olması və regional inkişaf üçün münaqişənin həllinin vacibliyini diqqətə çatdırıb. E.Məmmədyarov BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnamədə tələb olunduğu kimi, münaqişənin həlli üçün ilk növbədə Ermənistan sılahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu diqqətə çatdırıb.

Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin vacibliyinə toxunan nazir Azərbaycan ilə Aİ arasında enerji sahəsində strateji tərəfdaşlığın olduğunu və digər sahələrdə də strateji tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti