...

Bolqarıstan Prezidenti: Heç bir ölkə müasir dövrün problemlərinin öhdəsindən təkbaşına gələ bilməz

Siyasət Materials 28 Aprel 2015 17:44 (UTC +04:00)
Heç bir ölkə müasir dövrün problemlərinin öhdəsindən təkbaşına gələ bilməz.
Bolqarıstan Prezidenti: Heç bir ölkə müasir dövrün problemlərinin öhdəsindən təkbaşına gələ bilməz

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir Seymur Əliyev/

Heç bir ölkə müasir dövrün problemlərinin öhdəsindən təkbaşına gələ bilməz. Trend-in məlumatına əsasən, bunu Bolqarıstan Prezidenti Rosen Plevneliyev aprelin 28-də Bakıda III Qlobal Açıq Cəmiyyətlər Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, əməkdaşlıq, qanunun aliliyinə hörmət, dəyərlərə söykənən siyasət sayəsində qarşımızda dayanan çətinliklərin öhdəsindən gələ bilərik: "Mövcud problemləri gələcək hökumətə və ya nəsilə saxlamaq əvəzinə, onları həll etmək lazımdır. Bütün dünyada böhranlı vəziyyətlərin sayı hazırda çox yüksəkdir".

Prezident hazırda dünyada mövcud olan və dərhal həll edilməsini tələb edən əsas problem və tapşırıqları sadalayıb: "Birincisi, qanunun aliliyinin təmin edilməsidir. İkincisi, böhranlı vəziyyətlərin vaxtından əvvəl aşkar edilməsidir. Daha bir problem Qərb və Rusiyanın yenidən opponentə çevrilməsidir. Növbəti problem isə dondurulmuş münaqişələr, miqrasiya, iqlim dəyişkənliyii, terrorçuluqdur".

R.Plevneliyev qeyd edib ki, millətçilik və vətənpərvərlik arasında dəqiq sərhədi müəyyən etmək lazımdır: "Avropada hazırda millətçilik problemi aktualdır və miqrantlara qarşı ünvanlanıb.

O, daha bir problem kimi qlobal maraq və prinsiplərin adını çəkib: "Hazırda Rusiya öz maraq dairəsinə arxalanır və bir çoxları da belə fikirləşir. Biz böyük dövlətlərin təsir zonalarını müəyyənləşdirdiyi dövrlərə qayıtmaq istəmirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti