...

Fuad Ələsgərov: Ötən illər ərzində polis Azərbaycan dövlətçiliyinin əsas sütunlarından birinə çevrilib

Siyasət Materials 2 İyul 2015 12:17 (UTC +04:00)
Günümüzün çağırışlarına cavab olaraq polisin üzərinə düşən vəzifələrin dairəsi genişlənib.
Fuad Ələsgərov: Ötən illər ərzində polis Azərbaycan dövlətçiliyinin əsas sütunlarından birinə çevrilib

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir İlkin İzzət/

"Günümüzün çağırışlarına cavab olaraq polisin üzərinə düşən vəzifələrin dairəsi genişlənib. Cinayətkarlığa qarşı mübarizənin və asayişin mühafizəsinin yeni formalarının tətbiq edilməsi üçün qabaqcıl informasiya texnologiyaları tətbiq edilib, maddi-texniki baza, polis orqanlarında çalışanların sosial müdafiəsi gücləndirilib". Trend xəbər verir ki, bunu Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasında 2 iyul - polis işçilərinin peşə bayramı və 2014-2015-cü tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı deyib.

Prezident İlham Əliyev adından Azərbaycan polisini təbrik edən F.Ələsgərov dövlət başçısının xoş arzularını çatdırıb.

F.Ələsgərov qeyd edib ki, ötən illər ərzində polis Azərbaycan dövlətçiliyinin əsas sütunlarından birinə çevrilib: "2004-2015-ci illərdə Prezident İlham Əliyev tərəfindən 9 sərəncam, habelə 2003-cü ildən etibarən Daxili İşlər Nazirliyinin fəaliyyətinin tənzimlənməsi və təkmilləşdirilməsi ilə bağlı yüzlərlə qanunvericilik aktları imzalanıb, yüzlərlə polis əməkdaşı dövlət mükafatlarına layiq görülüb. Bütün bunlar həm də ictimai asayişin keşiyində duran DİN orqanlarının əməkdaşlarına ölkə rəhbərliyinin qayğısının, gərgin və səmərəli fəaliyyətinə verdiyi qiymətin nəticəsidir".

PA rəsmisi bildirib ki, bu gün DİN əməkdaşlarının peşəkarlıq səviyyəsinin yüksəldilməsi, ixtisaslı, təşəbbüskar, geniş dünyagörüşlü, nümunəvi davranışlı, Anda sadiq, dövlətçilik və qanunçuluq prinsipləri əsasında tərbiyə edilmiş gənc kadrların hazırlanması istiqamətində mühüm işlər görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti