...

Ekspert: Enerji resurslarının şaxələndirilməsində Azərbaycana əsas rol verilib

Siyasət Materials 29 İyul 2015 16:48 (UTC +04:00)
Avropa İttifaqını (Aİ) enerji təhlükəsizliyi məsələsi narahat edir və Azərbaycan enerjidaşıyıcıların Avropaya tədarükünün şaxələndirilməsində əsas rol oynaya bilər.
Ekspert: Enerji resurslarının şaxələndirilməsində Azərbaycana əsas rol verilib

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir Anaxanım Hidayətova/

Avropa İttifaqını (Aİ) enerji təhlükəsizliyi məsələsi narahat edir və Azərbaycan enerjidaşıyıcıların Avropaya tədarükünün şaxələndirilməsində əsas rol oynaya bilər.

Bunu Trend-ə Macarıstanın 3 Baş nazirinin xarici siyasət üzrə baş müşaviri olmuş Levente Kozma deyib.

O bildirib ki, Macarıstan Rusiya qazından asılıdır və bu qazın böyük bir hissəsi ölkə ərazisinə Ukraynadan daxil olur.

L.Kozmanın sözlərinə görə, beləliklə, Ukrayna və Rusiya arasındakı münaqişə Macarıstana da təsir edir: "Macarıstan nəinki enerji daşıyıcıları tədarükçülərinin mənbəyini, həmçinin onların nəqliyyat marşrutunu da şaxələndirmək niyyətindədir".

Ekspert qeyd edib ki, Macarıstan Azərbaycanla həmişə dostluq münasibətlərində olub: "Macarıstanda solçuların və ya Viktor Orbanın sağçı hökumətinin hakimiyyətə gəlməsindən asılı olmayaraq, ölkəmiz həmişə Azərbaycanın dostu olub".

L.Kozma bildirib ki, iki ölkə hökuməti səviyyəsində möhkəm qarşılıqlı əlaqə, şəxsi münasibətlər, əməkdaşlıqda ümumi maraqlar Azərbaycan və Macarıstan arasında ticarət və mədəniyyət əlaqələri üçün yaxşı zəmin yaradıb: "Macarlar Azərbaycan haqqında daha çox şeylər öyrənir. Bundan başqa, iki ölkənin iş adamlarından ibarət nümayəndə heyətləri tez-tez qarşılıqlı səfərlərdə olur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti