...

İlham Əliyev Səudiyyə Ərəbistanı Kralını və Krallığın Vəliəhdini təbrik edib

Siyasət Materials 22 Sentyabr 2015 18:45 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuda təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Səudiyyə Ərəbistanı Kralını və Krallığın Vəliəhdini təbrik edib

Azərbaycan, Bakı, 22 sentyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuda təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Səudiyyə Ərəbistanının milli bayramı - Krallıq elan edilməsi günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Səudiyyə Ərəbistanının qardaş xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Dövlətimizin başçısı Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi, Baş nazirin müavini, daxili işlər naziri Məhəmməd bin Nayif bin Əbdüləziz Al Səudu da təbrik edib.

Məktubda qeyd olunur: "Ölkənizin milli bayramı - Krallıq elan edilməsi günü münasibətilə Sizə və xalqınıza səmimi təbriklərimi yetirirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş xalqınıza daim sülh və rifah diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti