Azərbaycan, Bakı, 5 oktyabr /Trend/
Azərbaycanın xarici siyasətindən bəhs edən yeni kitab nəşr olunub.
Tarix üzrə fəlsəfə doktoru Zaur Adıgözəlovun müəllifi olduğu "Azərbaycan Respublikasının Avropa İttifaqı ölkələri ilə siyasi əlaqələri (1991-2006)" adlı kitabın elmi redaktoru Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovdur.
Kitab Azərbaycan Respublikası¬nın Avropa ölkələri ilə 1991-2006-cı illəri əhatə edən ikitərəfli və bərabərhüquqlu siyasi əlaqələrinin qurulması və inkişafı məsələlərinə həsr edilib.
Əsərdə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin apardıqları uğurlu və məqsədyönlü diplomatiyanın tərkib hissəsi kimi Avropa ölkələri ilə münasibətlərin siyasi müstəvidə qurulması prosesi müxtəlif mənbə və ədəbiyyatlara istinad olunaraq təhlil edilib.
Bu kitab diplomatlar, siyasətçilər, ali məktəblərin beynəlxalq münasibətlər, tarix ixtisasları üzrə təhsil alan tələbələri, tədqiqatçılar daxil olmaqla geniş oxucu kütləsi üçün nəzərdə tutulub.