Azərbaycan, Bakı, 5 oktyabr /Trend/
"İqlim dəyişməsi inkişaf etmiş dövlətlərin bəşəriyyətə miras qoyduğu "töhfədir". Bu prosesi dayandırmaq üçün heç indi də bir sıra addımlar atmaq istəmirlər. Hələlik proseslər söz və bəyanat səviyyəsində qalmaqdadır".
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Twitter-dəki səhifəsində yazıb.
N.Məmmədov qeyd edib: "Pan Gi Mun deyir ki, insanlar iqlim dəyişməsinin nə qədər təhlükəli olduğunu anlamırlar. Razılaşaq ki, insanlar anlamırlar, bəs dünyanın aparıcı ölkələrinin rəhbərləri? Onlar da anlamırlar?"