...

Yevgeni Sloboda: Azərbaycan seçkilərdə şəffaf səsvermə prosesini təmin edib

Siyasət Materials 1 Noyabr 2015 13:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir Yelena Kosolapova/

Azərbaycanda parlament seçkilərində şəffaf səsvermə prosesi təmin edilib. Bunu Trend-ə Müstəqil Dövlətlər Birliyinin (MDB) Müşahidə Missiyası Qərargahının rəhbəri Yevgeni Sloboda deyib.

Y.Sloboda qeyd edib ki, səsvermə prosesi Seçki Məcəlləsinə uyğun keçirilir və heç bir pozuntu müşahidə olunmur: "Məntəqələr vaxtında açıldı, seçicilərin olduqca yaxşı fəallığı müşahidə olunur. Komissiya normal rejimdə işləyir".

Qeyd edək ki, Milli Məclisə seçkilərdə 767 namizəd iştirak edir. Seçkiləri 40 təşkilatdan 503 beynəlxalq və 66 mindən çox yerli müşahidəçi izləyir.

Seçkilərdə "ELS" Müstəqil Araşdırmalar Mərkəzi, "RƏY" Monitorinq Mərkəzi, o cümlədən Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi Fransanın "Opinion Way" Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın "AJF&Associates İnc." təşkilatı ilə birgə "exit poll" keçirir.

Seçkilərdə müşahidə üçün 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti