Bakı. Elçin Mehdiyev - Trend:
Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında noyabrın 1-də Milli Məclisə keçirilmiş seçkilərlə bağlı müraciətlərə baxılıb.
Trend-in məlumatına görə, 18 saylı Nərimanov-Nizami seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Ramin Hüseynov, 33 saylı Xətai I seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Üzeyir Cəfərov və digərləri həmin dairələrdə bir neçə seçki məntəqəsində qanun pozuntularına yol verildiyini iddia edib və həmin seçki məntəqələrində səsvermənin nəticələrinin ləğv edilməsini xahiş ediblər.
İclasda bildirilib ki, müraciətlər MSK-nın ekspert qrupu tərəfindən araşdırılıb və qanunvericiliyə uyğun tərtib olunmadığından, təqdim olunan iddialar təsdiqini tapmadığından təmin edilməyib.