İran, Tehran. Mehdi Sepəhvənd - Trend:
İranın Azərbaycanda Nardaran qəsəbəsində baş verən hadisələrlə heç bir əlaqəsi yoxdur.
Trend-in məlumatına görə, bunu Tehranda mətbuat konfransında İran parlamentinin spikeri Əli Laricani deyib.
Ə.Laricani bildirib ki, bəziləri Nardaranda baş verən hadisələri İranla bağlamağa çalışır: "Lakin İranın Nardaran hadisələri ilə əlaqəsi yoxdur və rəsmi Bakı ilə münasibətlərimiz dostluq səviyyəsindədir. Nardaran məsələsi isə Azərbaycanın daxili işidir".