...

Marqvelaşvili: Azərbaycanla birgə layihələr əhəmiyyətlidir

Siyasət Materials 3 Fevral 2016 17:07 (UTC +04:00)
Gürcüstan hakimiyyəti ölkənin tranzit funksiyasını bərpa edir.
Marqvelaşvili: Azərbaycanla birgə layihələr əhəmiyyətlidir

Bakı. Trend:

Gürcüstan hakimiyyəti ölkənin tranzit funksiyasını bərpa edir. Bu, iqtisadi inkişaf üçün lazımdır. Trend-in "Sputnik Qruziya"ya istinadən verdiyi məlumata görə, bunu Gürcüstan Prezidenti Georgi Marqvelaşvili parlamentə illik müraciətində deyib.

Dövlət başçısı qeyd edib: "Biz elə yerdəyik və tarixən elə tarixi funksiyanı (tranzit) yerinə yetiririk ki, bu, Gürcüstana xüsusi rol verir. Bu layihələr artıq başlayıb və ya icra edilir, məqsədimiz isə artan potensialı həyata keçirməkdir".

G.Marqvelaşvili əlavə edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, "İpək yolu" üzrə bütün digər təşəbbüslər çox əhəmiyyətli potensialdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti