...

Azərbaycanla Meksika arasında hərbi əməkdaşlığın perspekivləri müzakirə edilib

Siyasət Materials 3 Mart 2016 20:08 (UTC +04:00)
Müdafiə naziri Meksikanın ölkəmizdəki səfiri ilə görüşüb.
Azərbaycanla Meksika arasında hərbi əməkdaşlığın perspekivləri müzakirə edilib

Bakı. Trend:

Martın 3-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xuan Rodriqo Labardini Floreslə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, regiondakı hərbi-siyasi şərait barədə qonağa məlumat verən Z.Həsənov Ermənistanın təcavüzü nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü diqqətə çatdırıb. Nazir Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini, bunun nəticəsində sülh prosesinin yubandığını və danışıqların uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərdiyini xüsusi qeyd edib.

Görüşdə Azərbaycanla Meksika arasında əlaqələrin hazırkı vəziyyəti, hərbi əməkdaşlığın perspekivləri müzakirə edilib və müdafiə sahəsində tərəfləri maraqlandıran məsələlərə dair fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti