...

Səfir: Türkiyə-Rusiya məsələsini həll etmək üçün üçüncü tərəfə ehtiyac olmamalıdır

Siyasət Materials 10 Mart 2016 17:43 (UTC +04:00)
"Türkiyə və Rusiya arasındakı məsələni həll etmək üçün gərək üçüncü tərəfə ehtiyac qalmasın".
Səfir: Türkiyə-Rusiya məsələsini həll etmək üçün üçüncü tərəfə ehtiyac olmamalıdır

Bakı. İlhamə İsabalayeva - Trend:

"Türkiyə və Rusiya arasındakı məsələni həll etmək üçün gərək üçüncü tərəfə ehtiyac qalmasın". Bunu Trend-ə Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun deyib.

O, qeyd edib: "Bu məsələlərin nələrdən qaynaqlandığı ortadadır. Biz lap əvvəldən bəyan etdik ki, bu hadisənin yaşanmasından üzgünük, pilotların (rusiyalı - red.) həlak olmasına görə biz də üzülürük. Fəqət bu hadisənin baş verməsinin günahı bizdə deyil".

İ.A.Coşqun qeyd edib ki, Rusiya ilə Türkiyə arasında soyuq münasibətlər yaranana qədər bu iki ölkə arasında bütün sahələrdə gözəl əlaqələr olub.

Səfir hesab edir ki, "soyuq müharibə"dən sonra Rusiyanın 20-25 illik münasibətlərin bir həmlə ilə tərsinə çevrilməsinə çalışması yanlış addımdır: "Coğrafi vəziyyətlərinə görə Rusiya ilə Türkiyənin ortaq gələcəyi var. Cəmiyyətlərimizi bir-birinə düşmən halına gətirməməliyik. Bunu daha problemsiz formada həll etməliyik. Türkiyə olaraq, biz bunu edirik. Təhlükəli açıqlamalardan uzaq dururuq, heç bir şəkildə rusları rus olduğu üçün hədəfə almırıq. Amma Moskvada bunun əksinin olmasına təəssüf edirik. Proseslərin belə olması çox yanlışdır".

Diplomat bildirib ki, Türkiyə tərəfi Rusiya ilə münasibətlərin yenidən normallaşması, bu kimi problemlərin iki ölkə arasında bir daha ortaya çıxmaması, bir-birinə və bölgənin gələcəyinə zərər vermədən bu problemlərin həlli üçün müzakirələr aparmaq istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti