...

Prezident: Azərbaycan və Gürcüstan arasında ideal münasibətlər mövcuddur

Siyasət Materials 10 Mart 2016 18:50 (UTC +04:00)
Gürcüstan və Azərbaycan arasında ideal münasibətlər mövcuddur.
Prezident: Azərbaycan və Gürcüstan arasında ideal münasibətlər mövcuddur

Bakı. Anaxanım Hidayətova - Trend:

"Gürcüstan və Azərbaycan arasında ideal münasibətlər mövcuddur. Bu gün Prezident İlham Əliyevlə görüşümüz bunu bir daha sübut etdi". Trend-in məlumatına görə, bunu jurnalistlərə Gürcüstan Prezidenti Georgi Marqvelaşvili deyib.

Gürcüstan Prezidenti bildirib ki, ölkələrimiz arasında münasibətlər daha da inkişaf edəcək: "Biz Böyük İpəl Yolunda maraqlı olan ölkələrdən biriyik. Və ideal qonşuluq nümunəsi kimi gələcəkdə də əməkdaşlığımızı inkişaf etdirəcəyik".

Qeyd edək ki, G.Marqvelaşvili "Çoxqütblü dünyaya doğru" mövzusunda IV Qlobal Bakı Forumunda iştirak edir.

Qeyd edək ki, iki gün davam edəcək tədbirdə qlobal etimadsızlıq və təhlükəsizlik (İŞİD və terrorizm; Suriya, Ukrayna münaqişələri); regional dinamiklik və təhlükələr (İran, Xəzər regionu, Suriya və daha geniş Avropa); iqtisadi amillərin əhəmiyyəti və qeyri-bərabərliyi, Qərbin zəifləməsi və qlobal iqtisadi çətinliklərin ciddi nəticələri; iqlim dəyişikliyi və enerji siyasəti: neft istehsal edən ölkələrin rolu; multikulturalizm, dinlərarası dialoq və qarşılıqlı inteqrasiya kimi mühüm istiqamətlər üzrə müzakirələr aparılacaq.

"Müasir dövrün qlobal çağırışı" adlı açılış sessiyasında bir sıra digər dövlət və hökumət rəhbərləri çıxış edib, habelə videomüraciətlər nümayiş etdirilib.

Plenar sessiyada və panel iclaslarda dövlət və hökumət başçıları, tanınmış ictimai-siyasi xadimlər, nüfuzlu ekspertlərin iştirakı ilə gündəlikdə nəzərdə tutulmuş mövzular ətrafında müzakirələr və fikir mübadiləsi aparılacaq.

Forumun işində 7 fəaliyyətdə olan prezident, 1 vitse-prezident, 27 sabiq prezident, 23 sabiq baş nazir və xeyli sayda fəaliyyətdə olan və keçmiş rəsmi şəxs, həmçinin nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri və yüksək vəzifəli nümayəndələri, tanınmış siyasətçilər, ekspertlər iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti