...

ABŞ Azərbaycan Ali Məhkəməsinin qərarını alqışlayır

Siyasət Materials 29 Mart 2016 11:45 (UTC +04:00)
ABŞ Azərbaycan Ali Məhkəməsinin İntiqam Əliyevin azad edilməsi qərarını alqışlayır.
ABŞ Azərbaycan Ali Məhkəməsinin qərarını alqışlayır

Bakı. Elmira Tariverdiyeva - Trend:

ABŞ Azərbaycan Ali Məhkəməsinin İntiqam Əliyevin azad edilməsi qərarını alqışlayır. Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbinin bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Biz Azərbaycan hökuməti ilə işdə yeni müsbət addımları səbrsizliklə gözləyirik".

Qeyd edək ki, ötən gün Ali Məhkəmədə Baş prokuror Zakir Qaralovun Hüquq Maarifçiliyi Cəmiyyətinin həbsdə olan sədri İntiqam Əliyevə təyin olunan cəzanın ağır olmasına dair verdiyi əlavə kasassiya protesti üzrə iclas başlayıb. Protestdə cəzanın dəyişdirilməsi məsələsi qoyulub. Məhkəmə İ.Əliyevin barəsində çıxarılmış 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə qərarının dəyişdirilərək ona 5 il müddətinə şərti həbs cəzası verilməsi barədə qərar qəbul edib.

Xatırladaq ki, İ.Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il hər hansı vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apelyasiya şikayəti təmin edilməmiş, İ.Əliyev kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti