...

Bakıda Azərbaycan-Bolqarıstan münasibətlərinin perspektivləri müzakirə ediləcək

Siyasət Materials 12 May 2016 13:22 (UTC +04:00)
Bolqarıstanın xarici işlər naziri Daniel Mitov mayın 12-də Bakıya rəsmi səfərə gələcək.
Bakıda Azərbaycan-Bolqarıstan münasibətlərinin perspektivləri müzakirə ediləcək

Bakı. Səba Ağayeva - Trend:

Bolqarıstanın xarici işlər naziri Daniel Mitov mayın 12-də Bakıya rəsmi səfərə gələcək. Bunu Trend-ə hökumətdəki mənbə bildirib.

Səfər zamanı Bolqarıstanın XİN başçısı Azərbaycan rəhbərliyi ilə görüş keçirməyi, həmçinin azərbaycanlı həmkarı Elmar Məmmədyarovla, Milli Məclisdə danışıqlar aparmağı planlaşdırır.

Danışıqların diqqət mərkəzində ikitərəfli münasibətlərin inkişafı məsələləri, ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi imkanları, enerji və nəqliyyat, mədəni-təhsil mübadiləsi və digər sahələrdə əməkdaşlığın perspektivləri və s. olacaq.

Bolqarıstanlı nazir və Azərbaycanın rəsmi şəxsləri Aİ-Azərbaycan əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti