...

Ağdaş seçki dairəsi üzrə 10 məntəqədə veb-kamera quraşdırılacaq

Siyasət Materials 3 İyun 2016 18:05 (UTC +04:00)
Məzahir Pənahovun sədrliyi ilə iyunun 3-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
Ağdaş seçki dairəsi üzrə 10 məntəqədə veb-kamera quraşdırılacaq

Bakı. Trend:

Məzahir Pənahovun sədrliyi ilə iyunun 3-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, əvvəlcə Komissiyanın 26 may 2016-cı il tarixli iclasının protokolu təsdiq olunub. Sonra seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiyanın tərkibində dəyişiklik edilib.

2016-cı il iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Milli Məclisinə təkrar seçkilərdə səsvermə prosesində veb-kameralardan istifadə məsələsi də iclasda müzakirə edilib. Komissiya seçki günü səsvermə məntəqələrindən kənarda da proseslərin əvvəldən axıradək fasiləsiz izlənilməsi məqsədilə seçki dairəsi üzrə 10 məntəqədə (seçki məntəqələrinin 25%-ində) veb-kamera quraşdırılmasına qərar verib.

İclasda MSK-nın bəzi normativ xarakterli aktlarına dəyişiklik edilib.

Komissiyanın iclasında 2016-cı il iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Milli Məclisinə təkrar seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə də baxılıb. Ərizəçilərin də iştirakı ilə MSK üzvləri tərəfindən aparılan müzakirələrdən sonra müraciətlərlə bağlı müvafiq qərarlar qəbul olunub.

İclasda cari məsələlərə də baxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti