...

Millət vəkili: "Türkiyə-Rusiya münasibətlərinin normallaşması dünya dövlətləri üçün də əhəmiyyətlidir"

Siyasət Materials 30 İyun 2016 16:03 (UTC +04:00)
Türkiyə Rusiya münasibətlərinin normallaşması nəinki həmin ölkələr, eləcə də Avropa və dünya dövlətləri üçün də əhəmiyyətlidir.
Millət vəkili: "Türkiyə-Rusiya münasibətlərinin normallaşması dünya dövlətləri üçün də əhəmiyyətlidir"

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Türkiyə-Rusiya münasibətlərinin normallaşması nəinki həmin ölkələr, eləcə də Avropa və dünya dövlətləri üçün də əhəmiyyətlidir.

Bunu Trend-ə açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

O qeyd edib ki, mehriban dostluq və əməkdaşlıq əlaqələri ölkələrdə baş verən bir sıra siyasi, iqtisadi və humanitar böhranın aradan qaldırılması, sabitliyin bərpa edilməsi, terrorla mübarizənin kəskinləşməsi baxımından da vacibdir: "Rəcəb Tayyib Ərdoğanın və Vladimir Putinin hadisələri reallıqla qiymətləndirərək bir araya gəlməsi hər iki ölkənin gələcək inkişafı üçün geniş imkanlar açır".

T.Rzayev əlavə edib ki, qonşu dövlətlərin münasibətlərində yaxınlaşma və qarşılıqlı anlaşma Azərbaycan üçün də faydalıdır: "Azərbaycanı hər iki ölkə ilə dostluq əməkdaşlıq münasibətləri birləşdirir və əlaqələrimiz yüksələn xətt üzrə inkişaf etməkdədir. İndiki şəraitdə Türkiyə, Rusiya və Azərbaycanın vahid mövqedən çıxış etməsi və dostluq münasibətlərinin möhkəmləndirilməsi hər 3 ölkədə ictimai-siyasi sabitliyin qorunmasına, bəzi münaqişələrin həll olunmasına, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin aradan qaldırılmasına bir zəmanət ola bilər. Bütün Azərbaycan xalqı Türkiyə-Rusiya münasibətlərinin normallaşmasında maraqlıdır. Ölkə prezidentlərinin bir-birinə güzəştə getməsi və ortaq məxrəcə gəlməsi yalnız alqışlanmağa layiqdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti