...

Bəxtiyar Sadıqov: "Türkiyənin Rusiya ilə barışığı alicənab addımdır"

Siyasət Materials 30 İyun 2016 18:34 (UTC +04:00)
Türkiyə-Rusiya münasibətlərinin düzəlməsi üçün Rəcəb Tayyib Ərdoğanın atdığı addım düşünülmüş və lazımlıdır.
Bəxtiyar Sadıqov: "Türkiyənin Rusiya ilə barışığı alicənab addımdır"

Bakı. Samir Əli - Trend:

Türkiyə-Rusiya münasibətlərinin düzəlməsi üçün Rəcəb Tayyib Ərdoğanın atdığı addım düşünülmüş və lazımlıdır.

Bunu Trend-ə açıqlamasında millət vəkili Bəxtiyar Sadıqov deyib.

Millət vəkili bildirib ki, R.T.Ərdoğan bu addımı ölkəsinin marağını fikirləşərək atıb: "Ölkə başçısı olmaq çox çətin və məsuliyyətli işdir. Türkiyə nəhəng dövlətdir. Onun üzərinə çox böyük vəzifələr düşür. Həm ölkə daxilində, həm də xarici siyasətdə çətinliklər çoxdur. Kimsə Ərdoğanla, onun atdığı addımlarla bağlı istədiyi sözü deyib, yoza bilər. Amma dövlətin, xalqın marağını fikirləşən, bütün bu yükü çiynində daşıyan insan ağıllı addımlar atmalıdır. Ərdoğanı qınamaq yox, bu addımına görə alqışlamaq lazımdır. Əgər İsraillə barışığa gedirlərsə, İsrail Türkiyədən üzr istəyir və təzminat verirsə, Türkiyənin də öldürülmüş pilotun ailəsindən üzr istəməyi, təzminata hazır olması əskiklik deyil, dövlətinin, xalqının sabahı naminə güzəştə gedən addım atmaqdır".

B.Sadıqov bildirib ki, Rusiya və Türkiyə bir-birinə bağlı olan nəhəng dövlətlərdir: "Bu dövlətlərin birgə olması hər ikisinə xeyirdir və bu birliyin Azərbaycana da xeyri var. Çünki Azərbaycan hər iki dövlətlə dost və müttəfiqdir. Ona görə də mən Ərdoğanın bu addımını alicənablıq kimi qiymətləndirirəm. Biz bu addımı gözləyir və istəyirdik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti