...

Ekspert: İsraildə müəyyən siyasi qüvvələr Türkiyə ilə barışığın əleyhinədir

Siyasət Materials 4 İyul 2016 18:53 (UTC +04:00)
İsraildə müəyyən siyasi qüvvələr Türkiyə ilə barışığın əleyhinədir.
Ekspert: İsraildə müəyyən siyasi qüvvələr Türkiyə ilə barışığın əleyhinədir

Bakı. Anaxanım Hidayətova - Trend:

İsraildə müəyyən siyasi qüvvələr Türkiyə ilə barışığın əleyhinədir.

Bunu Trend-ə 2003-2010-cu illərdə Macarıstanın üç baş nazirinin xarici siyasət üzrə baş müşaviri olmuş Levente Kozma deyib.

Onun sözlərinə görə, İsraildə Türkiyə münasibətlərin normallaşmasının əleyhinə olan qüvvələr "erməni soyırımı"nın tanınması barədə məsələni Knessetin gündəliyinə çıxarıblar: "Onlar başa düşürlər ki, bu məsələnin qoyulması Türkiyəni özündən çıxaracaq və barışıq barədə sazişə təhdid yarada bilər".

Qeyd edək ki, "erməni soyqırımı"nın tanınması barədə məsələ İsrail Knessetinin gündəliyinə çıxarılıb. Ölkə parlamenti iyulun 5-də bununla bağlı müzakirələr aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti