...

Elmar Məmmədyarov: Türkiyənin demokratik yolla seçilmiş hakimiyyətini dəstəkləyirik

Siyasət Materials 16 İyul 2016 12:47 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon danışığı olub.
Elmar Məmmədyarov: Türkiyənin demokratik yolla seçilmiş hakimiyyətini dəstəkləyirik

Bakı. Trend:

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, E.Məmmədyarov Türkiyədə baş vermiş hadisələrlə əlaqədar türkiyəli həmkarı M.Çavuşoğlu ilə telefonla danışıb.

E.Məmmədyarov qardaş Türkiyədə yaşanan hadisələrin narahatlıqla izlənildiyini diqqətə çatdırırb. O, Türkiyə xalqının demokratik yolla seçdiyi hökumətə qarşı bir qrupun etdiyi çevriliş cəhdini pisləyib və qəbuledilməz olduğunu vurğulayıb. Qardaş Türkiyə xalqının demokratik yolla seçilmiş hakimiyyəti dəstəklədiyini, hökumətlə həmrəy olaraq bu çevriliş cəhdinə qarşı qəti əzm nümayiş etdirdiyini bildirib.

E.Məmmədyarov Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu bir daha bəyan edib.

Qeyd edək ki, şənbə gününə keçən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub. Hadisə nəticəsində 90 nəfər həlak olub, 1500-dən çox yaralı var. Hərbi çevrilişə cəhdə görə saxlanılanların sayı 1563 nəfərə çatıb. Türkiyədə hakimiyyətə təslim olan hərbçilərin sayı 700 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti