Bakı. Trend:
Münhendə atışma nəticəsində zərərçəkənlər arasında Azərbaycan vətəndaşı yoxdur.
Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
O qeyd edib ki, Azərbaycanın Almaniyadakı səfirliyinin Münhen polisindən aldığı məlumata əsasən, ticarət mərkəzində atışma nəticəsində həlak olan və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur:
"Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik".