...

Latviya parlamentinin spikeri Azərbaycana səfər edəcək

Siyasət Materials 16 Sentyabr 2016 10:42 (UTC +04:00)
Latviya parlamentinin spikeri İnara Murnietse Azərbaycana səfər edəcək.
Latviya parlamentinin spikeri Azərbaycana səfər edəcək

Bakı. Trend:

Latviya parlamentinin spikeri İnara Murnietse Azərbaycana səfər edəcək.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, bunu Latviyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Yuris Maklakovs Azərbaycan Milli Kitabxanasında görüşdə söyləyib.

Görüş zamanı səfir Latviya parlamentinin spikeri İ.Murnietsenin Azərbaycana səfər edəcəyini və səfər zamanı bir neçə yüksək səviyyəli görüşlərin keçiriləcəyini qeyd edib. Bu görüşlərin birinin Azərbaycan Milli Kitabxanasında geniş ictimaiyyətin iştirakı ilə keçirilməsi və tədbir zamanı Latviyaya həsr olunmuş sərginin nümayiş olunması nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti