...

Azərbaycan və Əfqanıstan əməkdaşlıq perspektivlərini müzakirə edib

Siyasət Materials 22 Sentyabr 2016 10:24 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 71-ci Sessiyası çərçivəsində Əfqanıstanın xarici işlər naziri Səlahəddin Rəbbani ilə görüşüb.
Azərbaycan və Əfqanıstan əməkdaşlıq perspektivlərini müzakirə edib

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 71-ci Sessiyası çərçivəsində Əfqanıstanın xarici işlər naziri Səlahəddin Rəbbani ilə görüşüb.

XİN-dən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan və Əfqanıstan arasında ikitərəfli münasibətlərin inkişafı və gələcək əməkdaşlıq perspektivləri, terrorizmə qarşı mübarizə və digər qarşılqlı maraq kəsb edən məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

E.Məmmədyarov Azərbaycan ilə Əfqanıstan arasında siyasi münasibətlərin yüksək inkişaf səviyyəsinə malik olduğunu qeyd edərək, birgə səylərlə müxtəlif sahələrdə, xüsusilə iqtisadi-ticarət və investisiya qoyuluşu sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsi zərurətini vurğulayıb. Nazir ölkəmizin təşəbbüsü və iştirakı ilə regionda həyata keçirilən irimiqyaslı nəqliyyat və enerji layihələrinə toxunaraq, sözügedən layihələrin regional əməkdaşlığa xidmət etdiyini və gələcək perspektivdə Əfqanıstanın da onların imkanlarından istifadə edə biləcəyini diqqətə çatdırıb.

S.Rəbbani iki ölkə arasındakı hərtərəfli əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edərək, Azərbaycanın ikitərəfli və çoxtərəfli əsasda Əfqanıstana göstərdiyi dəstəyin ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti