Bakı. Anaxanım Hidayətova - Trend:
ABŞ prezidentliyinə namizədlər Donald Tramp və Hillari Klintonun Cənubi Qafqazla bağlı mövqeləri kəskin fərqlənir.
Bunu Trend-ə Birləşmiş Ştatların Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) və Dövlət Departamentinin keçmiş analitiki Pol Qobl deyib.
Onun sözlərinə görə, D.Tramp böyük dövlətlərin kursu müəyyən etməli, digər ölkələrin isə onların ardınca getməli olduqlarını vurğulayır: “Trampın bu mövqeyi təkcə Cənubi Qafqaz deyil, digər ölkələr üçün də faciəyə səbəb ola bilər”.
Ekspert qeyd edib ki, H.Klinton seçiləcəyi təqdirdə, böyük ehtimalla Moskva ilə dialoq qurmağa çalışacaq: “Klinton “fövqəldövlət” yaratmaq niyyətində deyil. O, regionun daha vacib məsələlərinə diqqət ayıracaq”.
Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 8-də keçiriləcək.