Bakı. Trend:
Dövlətlərarası Aviasiya Komitəsi (DAK) Azərbaycanın “Silk Way” aviaşirkətinə məxsus “AN-12” yük təyyarəsinin Əfqanıstanda qəzaya uğramasına dair ilkin hesabat dərc edib.
Trend-in məlumatına görə, 2016-cı ilin mayın 18-də baş verən hadisə nəticəsində 7 nəfər ölüb və 2 nəfər isə yaralanıb.
Hesabatda qeyd olunub ki, təyyarə uçuş zolağından kənara çıxaraq ciddi zədələr alıb və yanıb, nəticədə təyyarənin böyük hissəsi məhv edilib.