...

Parisdə “Jazzycolors” festivalı çərçivəsində Azərbaycan caz konserti keçirilib (FOTO)

Siyasət Materials 27 Noyabr 2016 03:23 (UTC +04:00)
Noyabrın 25-də Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə Parisdəki Almaniya Mədəniyyət Mərkəzində (Höte İnsititutu) Beynəlxalq “Jazzycolors” caz festivalı çərçivəsində gənc və istedadlı caz pianoçusu Etibar Əsədlinin konserti olub.
Parisdə “Jazzycolors” festivalı çərçivəsində Azərbaycan caz konserti keçirilib (FOTO)

Bakı. Trend:

Noyabrın 25-də Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə Parisdəki Almaniya Mədəniyyət Mərkəzində (Höte İnsititutu) Beynəlxalq “Jazzycolors” caz festivalı çərçivəsində gənc və istedadlı caz pianoçusu Etibar Əsədlinin konserti olub.

Səfirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, konsertdən öncə Almaniya Mədəniyyət Mərkəzinin nümayəndəsi xanım Katarina Skriba çıxış edərək tamaşaçıları salamlamış və ikinci dəfə Azərbaycan musiqiçilərini qəbul etməkdən məmnunluğunu ifadə edib. O, birinci dəfə 2014-cü ildə “Cəngi” ansamblının da burada konsert verdiyini və tamaşaçılarda xoş rəğbət yaratdığını xatırladıb.

Daha sonra səfirliyin nümayəndəsi Ayaz Qocayev çıxış edərək, öncə Azərbaycanın dövlət rəhbərliyinin mədəniyyətə, incəsənətə və musiqiyə göstərdiyi yüksək qayğıdan danışmış və zəngin mədəniyyətimizin ən mühüm tərkib hissəsi olana caz musiqisi barədə məlumat verib. O, milli musiqimizin cazla sintez edilməsinin bu musiqi növünü daha da zənginləşdirdiyini vurğulayıb. İllər öncə böyük ustadlar tərəfindən əsası qoyulmuş Azərbaycan caz musiqisinin bu gün gənc nəsil tərəfindən daha da zənginləşdirildiyi tamaşaçıların diqqətinə çatdırılıb. Sonra səhnəyə musiqiçilər dəvət edilib.

E.Əsədli Azərbaycan bəstəkarlarının və özünün bəstələdiyi kompozisiyaları ifa edib. Onu bas-gitarada fransız musiqiçiləri Elvin Bironien və zərb alətində Tilo Bertolo muşayiət edib. Sahib Əsədovun ifa etdiyi və cazla sintez edilmiş muğam parçaları konsertin proqramını daha da zənginləşdirib.

Davamlı alqışlardan sonra musiqiçilər bir neçə dəfə yenidən səhnəyə çıxmalı olublar.
Konsertdən sonra ziyafət verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti