Prezident İlham Əliyev: Biz müsəlman ölkələrində qardaş qanı axıdılmasına laqeyd baxa bilmərik (YENİLƏNİB)

Prezident İlham Əliyev: Biz müsəlman ölkələrində qardaş qanı axıdılmasına laqeyd baxa bilmərik (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də “Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli” mövzusunda beynəlxalq konfransda iştirak edən Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərini qəbul edib.

Qonaqları salamlayan Prezident İlham Əliyev deyib:

- Sizi Azərbaycanda yenidən görməkdən çox şadam, xoş gəlmisiniz. Bizim görüşlərimiz müntəzəm xarakter daşıyır. Mən elə bu gün əvvəlki görüşlərimizi xatırlayırdım. Biz hər il görüşürük və bu görüşlər də həm bizim münasibətlərimiz üçün, həm də Rusiya-Azərbaycan münasibətləri, Qafqazda sabitlik, təhlükəsizlik üçün böyük əhəmiyyət daşıyır. Mənə bizim tarixi məscidlərimizin bərpadan sonra açılışında sizin iştirak etməyiniz çox xoşdur. Bu da həmrəyliyin, bizim dostluğumuzun göstəricisidir. Təbii ki, Şimali Qafqaz respublikalarını və Azərbaycanı böyük dostluq tarixi, qarşılıqlı hörmət, qarşılıqlı dəstək birləşdirir. Mən şadam ki, bu gün bu əlaqələr Qafqaz respublikaları arasında bütün səviyyələrdə, o cümlədən də dini liderlər arasında davam edir. Bu, Qafqaz müsəlmanlarının birliyini möhkəmləndirir və həmçinin dünya müsəlmanlarına bizim birlikdə olmağımızın vacibliyi üçün bir nümunədir. Biz müsəlman ölkələrində müsəlmanların biri-birini qırmasına, qardaş qanı axıdılmasına laqeyd baxa bilmərik. Düşünürəm ki, bizim praktiki işlərimizin və rəsmi bəyanatlarımızın nümunəsi hamı üçün yaxşı dərs olmalıdır. Biz öz fəaliyyətimizlə nəinki Qafqaz regionunda münasibətlərimiz çərçivəsində birliyi möhkəmləndiririk, həm də Azərbaycan dünyada bütün müsəlmanların həmrəyliyi üçün böyük işlər görür. Biz fəxr edirik ki, Bakıdan sonra artıq Azərbaycanın ikinci şəhəri Naxçıvan 2018-ci il ərzində ISESCO tərəfindən ona təqdim edilən İslam dünyasının mədəniyyət paytaxtı adını şərəflə daşıyacaq. Bu, əlbəttə ki, bizə, bizim fəaliyyətimizə olan hörmətin əlamətidir. Biz də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal işləyirik. Bu il İslam Əməkdaşlıq Təşkilatının Sammiti keçirildi. Tədbirdə Azərbaycanın İslam həmrəyliyindəki roluna dəstək bir daha vurğulandı. Həmçinin dünyanın bütün müsəlmanları bu ilin aprelində erməni təcavüzünü pisləyiblər və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə kontakt qrupu yaradıblar.

Bu il sona yaxınlaşır. İlin əvvəlində biz 2016-cı ili “Multikulturalizm ili” elan etmişdik. Bugünkü konfransın mövzusu da Qafqazda multikulturalizmə, həmçinin Azərbaycanda bu sahədə əldə etdiyimiz nailiyyətlərə həsr olunub. Bu il bir çox mühüm tədbirlərin keçirilməsi ilə əlamətdar oldu. Onlardan ən əhəmiyyətlisi əlbəttə ki, Bakıda keçirilən və bütün dünyanın görkəmli nümayəndələrini toplayan BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu oldu. Biz bir daha nümayiş etdirdik ki, multikulturalizm millətindən, dinindən asılı olmayaraq yaşayır və yaşamalıdır və bütün insanlar dinc yaşamaq hüququna malikdirlər.

Bu il ölkəmizdə daha bir mühüm hadisə baş verdi. Bu, dünya katoliklərinin rəhbəri Roma Papasının Azərbaycana rəsmi səfəri idi. O, katolik kilsəsində ibadət etdi, sonra Heydər Məscidini ziyarət etdi, mötəbər şeyxlə, eləcə də digər dini konfessiyaların rəhbərləri ilə görüşü oldu. Roma Papası buradan, Bakıdan bütün dünyaya yaxşı mesaj göndərdi. Yəni, bizim multikulturalizm sahəsində əldə etdiyimiz nailiyyətlər bütün dini aləmdə layiqincə dəyərləndirilib.

Əlbəttə ki, şəxsən mənim və ölkəmiz üçün ötən il möhtərəm şeyximizlə müqəddəs yerləri - Məkkəni, Mədinəni yenidən ziyarət etməyimiz, mənə bir daha müqəddəs Kəbədə ibadət etmək və Mədinədə Peyğəmbərin məzarını ziyarət etmək xoşbəxtliyi şərəfi qismət oldu. Bu, hər bir müsəlman üçün xoşbəxtlikdir. Təbii ki, bu cür hadisələr bizim doğru yolda olduğumuzu nümayiş etdirir. Mən sizin - Qafqazın nüfuzlu liderlərinin fəaliyyətini çox yüksək qiymətləndirirəm. Bu gün ağsaqqal sözü həmişəkindən daha əhəmiyyətlidir. Sizin fəaliyyətiniz də təhlükəsizliyə, Rusiyanın Qafqaz respublikalarının inkişafına doğru aparır. Həm də Rusiya-Azərbaycan birgə münasibətlərini möhkəmləndirir. Çünki artıq dəfələrlə qeyd etdiyim kimi, Rusiya və Azərbaycan Qafqaz ölkələridir, biz qonşuyuq, yaxşı qonşuyuq və dostluğumuzu da davam etdirəcəyik. Bir daha xoş gəlmisiniz, tez-tez gəlin.

Sonra Şimali Qafqaz Müftiləri Əlaqələndirmə Şurasının sədri, Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikasının müftisi İsmayıl Berdiyev çıxış edərək deyib:

- Mən ilk növbədə istərdim ki, Sizə Rusiya ilə Türkiyə arasında münasibətlərin yaxşılaşdırılması üçün etdiklərinizə görə minnətdarlığımı bildirim. Bu münaqişə baş verəndə, inanın, mənim ürəyim ağrıyırdı. Müsəlman ölkəsi olan Türkiyə ruhən bizə doğmadır. Buna görə də çox ağır idi. Sizin bu məsələdə fəaliyyətiniz həlledici oldu. Atanızın müdrikliyi Sizə də keçib, inanın. Siz bu işi gördünüz, buna görə Sizə “Çox sağ ol” deyirik. Ən başlıcası isə xidmətlərinizin qiymətini böyük Allahdan alacaqsınız. İnşallah, Sizin həyatdakı savabınız bu, olacaq.

Atanızın vəfatının ildönümü yaxınlaşır. Biz həqiqətən onunla fəxr edirdik. Sovet dövründə də onunla iftixar hissi keçirirdik. O vaxt Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunda müsəlmanın olması nadir hadisə idi. İnanın, biz bununla fəxr edirdik. Dünən biz Fəxri xiyabanda idik, dua edirdik. Biz bunu təkcə burada olanda deyil, həmişə, öz evimizdə olanda da edirik.

Möhtərəm şeyxülislam həmişə bizimlədir. O, Sizin sayənizdə daim bizə baş çəkir. Bax, bu multikulturalizm bizdə də mövcuddur. Şeyxülislam vaxtilə də demək olar bütün respublikalarda müsəlmanların qurultayını keçirir, özü də iştirak edirdi, hamı da bu barədə danışırdı. Bu, həqiqətən çox dəyərli işlər idi. Elə alındı ki, Sovet İttifaqı dağıldı, dövlətlər arasında sərhədlər yarandı. Bizdə isə bu, yoxdur. Bizim ağsaqqalımız məhz odur. O isə bütün bunları Sizin sayənizdə edir. Kömək etdiyinizə görə çox sağ olun. Həqiqətən də çox mühüm məsələdir.

İnsan yaxşı iş görəndə qəlbində sözlə ifadə oluna bilməyən sevinc duyur. Bu, əsl cənnət sevincidir. İnşallah, bu sevinci duyanlara görə Sizə təşəkkür edirəm. Atanızın fəaliyyəti, ümumiyyətlə, ölkəni xilas etdi. Biz Elçibəyin vaxtında da burada olmuşuq, baxmışıq. Müqayisə etməli çox şeylər var. İndi tamam başqa vaxtdır. Azərbaycan tamam başqa ölkədir. Siz ötən ilin yayında Avropa Oyunlarını keçirdiniz. Bəli, şeyxülislam deyir ki, indi isə İslam ölkələrinin Oyunları keçiriləcək. Ümid edirəm ki, biz də iştirak edəcəyik.

Prezident İlham Əliyev: Əlbəttə, mütləq. Avropa Oyunlarında olduğu kimi, siz mənim qonaqlarımsınız.

Müfti İsmayıl Berdiyev: Sağ olun, çox sağ olun. Dünən Qafqaz Xalqları Ali Dini Şurasının iclasını keçirdik. Şeyxülislam bizim ağsaqqalımız idi. Onun müdrikliyi həqiqətən də kömək edir. Bax, bu müdriklik ona Sizin atanızdan keçib. Çünki o, onunla birlikdə çox olub.

Prezident İlham Əliyev: Çox sağ olun.

Müfti İsmayıl Berdiyev: Budur, bizim iclasımızdan Sizə hədiyyə etmək istərdik. Mən eşitdim ki, tezliklə ad gününüz olacaq.

Prezident İlham Əliyev: Sağ olun, çox sağ olun.

Müfti İsmayıl Berdiyev: Əgər müsaidə edərsinizsə.

Prezident İlham Əliyev: Əlbəttə.

Şimali Qafqaz Müftiləri Əlaqələndirmə Şurasının sədri, Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikasının müftisi İsmayıl Berdiyev Prezident İlham Əliyevə hədiyyə təqdim etdi.

Sonda xatirə şəkli çəkdirildi.

Azərbaycanda qızıl və gümüş bahalaşıb
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Laçının işğaldan azad olunması daha bir iqtisadi rayonun tam fəaliyətinə imkan verəcək
Laçının işğaldan azad olunması daha bir iqtisadi rayonun tam fəaliyətinə imkan verəcək
Azərbaycan neftinin qiyməti dəyişib
Azərbaycan neftinin qiyməti dəyişib
Loading Bars
Xəbər lenti
XİN Laçının işğaldan azad olunması ilə bağlı paylaşım edib
Birinci vitse-prezident Mehriban Əliyeva Laçının işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib (FOTO)
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Şagirdlərin summativ qiymətləndirmələri ilə bağlı yüngülləşmələr edilməlidir - Ekspert
İlahiyyat İnstitutunda dərslərin məsafədən keçirilməsi davam edir (FOTO)
Şəkər tozu alarkən nəyə diqqət etmək lazımdır?
Laçının işğaldan azad olunması daha bir iqtisadi rayonun tam fəaliyətinə imkan verəcək
Laçının işğaldan azad olunması münasibətilə avtoyürüş keçirilib (FOTO)
Azərbaycanda "Facebook" istifadəçilərinin sayı artıb
Prezident İlham Əliyev: Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvanla birləşir, Azərbaycan Türkiyə ilə birləşir
Azərbaycan neftinin qiyməti dəyişib
Laçının azad edilməsi ilə Azərbaycan ərazi bütövlüyünü təmin etdi - Deputat
Prezident İlham Əliyev: Bu gün Dağlıq Qarabağda yaşayan insanlar Azərbaycan vətəndaşlarıdır
Laçın sakinləri Şəhidlər Xiyabanını ziyarət ediblər (FOTO)
Azərbaycanlı sahibkarlar Rusiyada beynəlxalq foruma dəvət olunub
Prezident İlham Əliyev: Biz bütün dünyaya göstəririk ki, biz böyük xalqıq, yenilməz xalqıq
Prezident İlham Əliyev: Bizim ölkəmiz üçün yeni dövr başlayır
Azərbaycan Prezidenti: Yeddi şərt qoyan Paşinyan, görəsən, indi hansı şərt qoya bilər
Ombudsman Ermənistanın terrorçu qruplaşmalar və muzdlulardan istifadəsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib
Prezident İlham Əliyev: Ermənistan, sən dalansan, biz səni dalan etdik
Prezident İlham Əliyev Bəyanatın bəndlərini şərh edib
Gəncədə arvadını qətlə yetirən kişinin məhkəməsinin vaxtı məlum oldu
Təhsil Nazirliyi vətəndaşların qəbulunu dekabrın 28-dək dayandırıb
Azərbaycan Prezidenti: Laçın dəhlizi Laçın şəhərinin içindən keçir, biz təklif etdik ki, yeni bir dəhliz inşa edilsin
Koronavirus xəstələri karantin postunda saxlanılıblar (FOTO)
Sabah hava çiskinli və küləkli olacaq
Formula 1 üzrə dünya çempionu koronavirusa yoluxdu
Azərbaycan Prezidenti: Otuz il ərzində yığdıqları texnikanı 44 gün ərzində məhv etdik
Ermənistanda növbəti etiraz aksiyası keçirilir
Ermənistan Azərbaycan torpaqlarını qaytarsaydı, müharibə olmazdı - İtalyan senator
Prezident İlham Əliyev Ermənistanın məhv edilmiş və qənimət götürülmüş texnikalarının tam siyahısını açıqlayıb
Prezident İlham Əliyev: Ermənistan ümumi taxıl istehsalının yarısını bizim torpaqlarımızdan götürürdü
Şabranda koronavirus xəstələri saxlanılıb (FOTO)
Azərbaycan Prezidenti: Bizə bir santimetr də torpaq qaytarmaq istəmirdilər
Prezident İlham Əliyev: Ermənistan rəhbərliyindən fərqli olaraq, bizim strateji baxışlarımız var
Azərbaycan Prezidenti: Təklif edilirdi ki, Laçın dəhlizinin eni 30 kilometr olsun, mən buna qəti etiraz etdim
Prezident İlham Əliyev: Dağlıq Qarabağ münaqişəsini həll etdik, Dağlıq Qarabağ münaqişəsi yoxdur
Bugünədək qəbul məntəqələrinə təhvil verilən pambığın həcmi açıqlanıb
Azərbaycan Prezidenti: Laçın rayonu işğala məruz qalanda Bakıda hakimiyyət uğrunda mübarizə gedirdi
ETSN vakant vəzifələrə qəbul üçün müsabiqə elan edib
Prezident İlham Əliyev: Biz düşməni məcbur etdik, ya tamamilə məhv olacaqdı, ya da ki, kapitulyasiya aktına imza atacaqdı
Azərbaycan Prezidenti: Bölgəmizdə yeni reallıq yarandı, bu reallığı biz yaratdıq
Prezident İlham Əliyev: Ermənistan ya tamamilə məhv olacaqdı, ya da ki, imzalayacaqdı, başqasının buna nə dəxli var?
İsveçrədəki azərbaycanlılar “Le Temps” qəzetinə etiraz məktubu ünvanlayıblar
Prezident İlham Əliyev: Bəyanata əgər kimsə müdaxilə etmək istəsə, bizim sərt mövqeyimizi görəcək
COVID-19 əleyhinə təbliğat tədbirləri Abşeronun kənd və qəsəbələrini də əhatə edir (FOTO)
Rusiyada koronavirusdan ölənlərin sayı 40 mini keçdi
Azərbaycan Prezidenti: Həmişə deyirdim ki, Laçın, Kəlbəcər və Şuşa Azərbaycana qayıtmasa, razılaşma ola bilməz
Xüsusi zolaqlar təcili yardım avtomobillərinin gecikmədən hərəkətinə imkan yaradacaq - BNA
Prezident İlham Əliyev: Ermənistan hesab edirdi ki, bütün Laçın onlara dəhliz kimi verilməlidir, bəzi Qərb dairələri bu mövqeyi dəstəkləyirdi
Azərbaycan Prezidenti: Laçın dəhlizi erməni işğalçı qüvvələrindən təmizlənib
Prezident İlham Əliyev: Meşə sahələrimizin böyük hissəsi toxunulmaz qalıb, çünki düşmən o meşələrə dırmaşa bilməyib
Azərbaycan Prezidenti: Çalışacağıq ki, keçmiş məcburi köçkünləri işğaldan azad edilmiş rayonlarımıza qısa müddət ərzində qaytaraq
Prezident İlham Əliyev Laçının işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib
Bakıda qadın sürücünün yolunu kəsən şəxs 20 sutka həbs edildi
Prezident İlham Əliyev xalqa müraciət edib (FOTO) (YENİLƏNİB)
Xüsusi zolaqlara icazəsiz daxil olan sürücülər 40 manat cərimələnəcək
Azərbaycan Qarabağda xristian məbədlərinin mühafizəsini təmin edə biləcək - Səfir
Laçın azad edilməklə dövlət sərhədlərimizin tam bərpası təmin edildi - Deputat
Quş qripi ilə bağlı monitorinqlərə başlanılıb (FOTO)
AzTU-nun professoru vəfat edib
Laçında yenidən üçrəngli şanlı Bayrağımız dalğalanır - Spiker
Dövlət 13 mindən çox tələbənin təhsil haqqını ödəyib
Rusiya-Türkiyə Ortaq Monitorinq Mərkəzinin qurulması ilə bağlı saziş imzalandı (ƏLAVƏ OLUNUB)
Bakıda 10 küçə və prospektdə xüsusi avtomobil zolağı yaradılacaq (FOTO)
Azərbaycanda 4G istifadəçiləri artıb
BirKart-la taksit əməliyyatları edin, 100 AZN qazanın
Neft Fondu ötən ay 500 milyon dollar valyuta satıb
DİN-dən aşıq Namiqlə bağlı açıqlama
Laçın Qarabağın inkişafında əsas dəstəkləyici faktor kimi - Rayona iqtisadi baxış
Azərbaycanda indiyə qədər İİV infeksiyasından 1082 nəfər ölüb
Laçınlılar doğma yurdlarına kiçik ailə biznesləri ilə qayıdacaqlar (FOTO)
AzerTelecom şirkətinin Xəzərin dibi ilə rəqəmsal infrastruktur layihəsi “Türkmentel 2020” konfransında müzakirə edilib (FOTO)
Laçında komendant postlarının yaradılması ilə bağlı işlərə başlanılıb (ÖZƏL)
Laçın rayonunun təhsil statistikası açıqlanıb
Astarada torpağa basdırılmış narkotik aşkarlanıb
Gəncədə evdən icazəsiz çıxan 5 koronavirus xəstəsi saxlanılıb
Qazaxda koronavirus xəstəsinə cinayət işi başlandı
Azərbaycan qalib ölkədir – Türkiyə hökuməti
Üç rəngli bayraq Azərbaycanın bütün torpaqlarında dalğalanacaq - Hüseyn Altınalan
Balakəndə koronavirus xəstəsi barədə cinayət işi başlanılıb (FOTO)
Laçında Azərbaycan bayrağı qaldırılıb (VİDEO)
Laçında rekreasiya, içki sənayesi və turizm üçbucağı yaradıla bilər
Bir gündə 28 koronavirus xəstəsi saxlanıldı, 19 nəfərə cinayət işi başlandı
Xırdalan dairəsi yaxınlığındakı körpünün tikintisi yekunlaşdırılıb (FOTO)
Laçının işğalına son qoyulması Böyük Qələbənin son hərbi-siyasi akkordlarıdır - ŞƏRH
STAR neft emalı zavoduna xam neft emalı artıb
Dekabrın 1-də xarici valyutaların manata qarşı məzənnələri
Ermənilərin yandırdıqları meşələrin bərpası 100-150 il zaman tələb edəcək - Ekspert
Kolumbiya televiziyası erməni təcavüzünün nəticələrini işıqlandırıb (FOTO/VİDEO)
Bakıda kommunal tipli yaşayış binasında yanğın olub
Ceyhan terminalından 194 milyon barelə yaxın AÇQ nefti nəql edilib
Füzulidə her şey dağıdılıb - Rusiyanin "Dojd" telekanalının reportajı (VİDEO)
ABŞ-ın Viskonsin ştatının qubernatoru Cosef Baydenin qalib olmasını təsdiq edib
"Moderna" şirkəti ABŞ-da COVID-19 peyvəndinin istifadəsi üçün sorğu göndərib
Xorvatiyanın baş naziri koronavirusa yoluxdu
"OPEK plus" ölkələri görüşü 3 dekabr tarixinə qədər təxirə saldı
Moskvada koronavirusdan daha 76 nəfər ölüb
Bakıda "Opel" yanıb
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 496 mindən çox artıb
Bütün xəbərlər