...

Asim Mollazadə: İsrail beynəlxalq münasibətlərdə də Azərbaycana mühüm dəstək verir

Siyasət Materials 13 Dekabr 2016 16:55 (UTC +04:00)
Azərbaycanla İsrail çoxşaxəli əməkdaşlıq edir.
Asim Mollazadə: İsrail beynəlxalq münasibətlərdə də Azərbaycana mühüm dəstək verir

Bakı. Elçin Mehdiyev - Trend:

“Azərbaycanla İsrail çoxşaxəli əməkdaşlıq edir. Bizim ölkələrimiz dost ölkə olaraq təhlükəsizlik, iqtisadiyyat, enerji, mədəniyyət və humanitar sahələrdə çox ciddi və hərtərəfli əməkdalıq edir”.

Bunu Trend-ə Milli Məclisin deputatı, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Asim Mollazadə deyib.

A.Mollazadə bildirib ki, İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri bu münasibətləri daha da gücləndirəcək və iki ölkənin birgə layihələri genişlənəcək.

Deputat əlavə edib ki, İsrail beynəlxalq münasibətlərdə də Azərbaycana mühüm dəstək verir: “Bunun səbəbləri tək Azərbaycan-İsrail münasibətləri deyil. Əsas səbəb Azərbaycanda multikulturalizm ənənələri, Azərbaycanda uzun əsrlər boyu fərqli dinlərin, mədəniyyətlərin, əməkdaşlıq mühitinin olması və əsrlər boyu Azərbaycanda yəhudilərin qardaşlıq və əmin-amanlıq şəraitində yaşamasıdır. Bu amil öz-özlüyündə dünyada olan bütün yəhudi təşkilatlarını Azərbaycana yaxınlaşdırır”.

İran siyasətçilərinin İsrail-Azərbaycan əlaqələrinin inkişafından, eyni zamanda B.Netanyahunun Azərbaycana səfərindən narazılıq ifadə etməsinə gəlincə, A.Mollazadə bildirib ki, hazırda İsraillə təkcə Azərbaycanın deyil, bir sıra müsəlman ölkələrinin əməkdaşlığı var: “İranın narahatlığı məndə heç bir şübhə doğurmur. Çünki hazırda Ermənistana ən böyük iqtisadi, siyasi dəstək verən məhz İrandır. Yüz minlərlə azərbaycanlını doğma torpaqlarından didərgin salmış Ermənistana İranın dəstəyi hətta Rusiyanın dəstəyindən daha çoxdur”.

A.Mollazadə əlavə edib ki, digər tərəfdən, İsraillə Azərbaycan arasında münasibətlər hər hansı üçüncü ölkəyə qarşı yönəlmir: “Bu əlaqələr iki ölkə arasında qarşılıqlı maraqlardan irəli gəlir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti