...

Elmar Məmmədyarov Sergey Lavrova başsağlığı verib

Siyasət Materials 19 Dekabr 2016 23:42 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun terror aktı nəticəsində öldürülməsi ilə əlaqədar həmkarı Sergey Lavrova başsağlığı məktubu ünvanlayıb.
Elmar Məmmədyarov Sergey Lavrova başsağlığı verib

Bakı. Trend:

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun terror aktı nəticəsində öldürülməsi ilə əlaqədar həmkarı Sergey Lavrova başsağlığı məktubu ünvanlayıb.

Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, E.Məmmədyarov məktubda dərin kədər və təəssüf hissi ilə A.Karlovun terror aktı nəticəsində öldürülməsi xəbərini eşitdiyini qeyd edərək S.Lavrova dərin hüznlə başsağlığını ifadə edib.

Nazir məktubda, həmçinin öz adından və Xarici İşlər Nazirliyinin kollektivi adından Andrey Karlovun ailəsinə və yaxınlarına başsağlığının çatdırılmasını xahiş edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti