...

Ərdoğan: Türkiyə imkan verməyəcək ki...

Siyasət Materials 20 Dekabr 2016 17:15 (UTC +04:00)
Türkiyə Rusiya ilə münasibətlərin pisləşməsinə imkan verməyəcək.
Ərdoğan: Türkiyə imkan verməyəcək ki...

Trend-i buradan izləyin

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyə Rusiya ilə münasibətlərin pisləşməsinə imkan verməyəcək.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosfor boğazının altından çəkilən "Avrasiya" tunelinin açılışında çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, səfirə hücum faciəvi hadisədir:

"Mən ötən gün telefon danışığında Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verdim. Bizim ümumi fikrimiz var ki, bu hadisə Türkiyə-Rusiya münasibətlərinə qarşı yönəlmiş açıq təxribatdır. Moskva və Ankara insidentin araşdırılması üzrə birgə komissiya yaradıblar".

Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov ötən gün Ankarada Müasir Sənət Mərkəzində rəsm sərgisinin açılışında çıxış edərkən silahlı hücuma məruz qalaraq öldürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti