...

XİN: Rusiya və Gürcüstanla sərhədlərin demarkasiyası üzrə danışıqlar davam edəcək

Siyasət Materials 27 Dekabr 2016 13:29 (UTC +04:00)
Azərbaycan gələn ilin birinci yarısında Rusiya və Gürcüstanla dövlət sərhədlərinin demarkasiyası üzrə komissiyaların iclaslarının keçirilməsini planlaşdırır.
XİN: Rusiya və Gürcüstanla sərhədlərin demarkasiyası üzrə danışıqlar davam edəcək

Bakı. Trend:

Azərbaycan gələn ilin birinci yarısında Rusiya və Gürcüstanla dövlət sərhədlərinin demarkasiyası üzrə komissiyaların iclaslarının keçirilməsini planlaşdırır. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Onun sözlərinə görə, hər iki tərəfin nümayəndələri ilə görüşlər mütəmadi olaraq keçirilir.

Nazir müavini əlavə edib: "Bu, uzun prosesdir, müqavilə-normativ bazanı formalaşdırmaq lazımdır".

Xəbər lenti

Xəbər lenti