Bakı. Samir Əli - Trend:
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi təqdirəlayiq addımdır.
Bunu Trend-ə açıqlamasında Azərbaycan Miniatür Kitab Muzeyinin direktoru Zərifə Salahova deyib.
Onun sözlərinə görə, Mehriban Əliyeva bu vaxta qədər Azərbaycanın inkişafı, dünyada tanınması üçün xeyli iş görüb:
"Mehriban xanım Heydər Əliyev Fondunun prezidenti kimi Azərbaycanı dünyaya tanıtdırıb. O, Azərbaycanın inkişafı, Azərbaycan mədəniyyətinin zənginliyinin dünyaya çatdırılması üçün yorulmadan fəaliyyət göstərib. Biz Mehriban xanımın yeni vəzifəsinin öhdəsindən layiqincə gələcəyinə və Azərbaycan üçün daha böyük işlər görəcəyinə əminik".