...

Azərbaycanla Rusiya arasında dövlət sərhədi keçməsi qaydasının təlimatı imzalanıb

Siyasət Materials 17 Aprel 2017 12:52 (UTC +04:00)
13-17 aprel tarixlərində Bakıda Azərbaycan ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın növbəti 4-cü iclası keçirilib.
Azərbaycanla Rusiya arasında dövlət sərhədi keçməsi qaydasının təlimatı imzalanıb

Bakı. Trend:

13-17 aprel tarixlərində Bakıda Azərbaycan ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın növbəti 4-cü iclası keçirilib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini, Azərbaycan ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası üzrə Dövlət Komissiyasının sədri Xələf Xələfov, Rusiya nümayəndə heyətinə isə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmisi, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyasının həmsədri Vadim Viktoroviç Postnov rəhbərlik ediblər.

Birgə Komissiyanın iclasının işində hər iki ölkənin Dövlət Komissiyalarının üzvləri, əlaqədar dövlət orqanlarının nümayəndələri və ekspertləri, həmçinin sərhəd rayonlarının rəhbərləri iştirak ediblər.

İclasda Azərbaycan-Rusiya dövlət sərhədinin demarkasiyasına aid olan məsələlər və görülmüş işlər ətrafında müzakirələr aparılıb və “Azərbaycan-Rusiya Birgə Komissiyasının 2017-ci il üzrə iş Planı” təsdiq olunub.

Həmçinin, “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhəd xəttinin keçməsinin Təsviri-Protokolunun tərtib edilməsi qaydası haqqında Təlimat” layihəsi razılaşdırılaraq imzalanıb və yekun olaraq iclasın nəticələrinə dair Protokol imzalanıb.

Əldə olunmuş razılaşmaların davamı olaraq Birgə Komissiyanın növbəti iclasının cari ilin üçüncü rübündə Moskvada keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti