...

"Jane's Defense Weekly": Azərbaycan SQ yeni silah istehsalı imkanlarını nümayiş etdirir

Siyasət Materials 30 İyun 2017 17:31 (UTC +04:00)
Azərbaycan Silahlı Qüvvələri lisenziyalı silahların istehsal imkanlarını nümayiş etdirir.
"Jane's Defense Weekly": Azərbaycan SQ yeni silah istehsalı imkanlarını nümayiş etdirir

Trend-i buradan izləyin

Bakı. Elmira Tariverdiyeva - Trend:

Azərbaycan Silahlı Qüvvələri lisenziyalı silahların istehsal imkanlarını nümayiş etdirir.

Trend-in məlumatına görə, bunu hərbi məsələlərə həsr olunan “Jane's Defense Weekly” jurnalında Georq Mader yazıb.

Müəllif qeyd edir ki, Bakıda Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin yüksək vəzifəli şəxsləri jurnalın əməkdaşına ölkənin müdafiə sənayesinin potensialı barədə məlumat verib.

Qeyd olunub ki, bu sahənin inkişafı əsasən birgə müəssisələrin hesabına və xarici istehsalçılarla istehsalat sazişlərinin icra olunması hesabına əldə olunub.

Jurnalın əməkdaşı ilə müsahibə zamanı müdafiə sənayesi naziri Yavər Camalovun baş müşaviri Azər Məmmədov 31 müəssisənin işi barədə danışıb. Onun sözlərinə görə, bu müəssisələrdə 1100 adda müdafiə sənayesi məhsulunun istehsalı təşkil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti