...

Yunanıstanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb

Siyasət Materials 28 İyul 2017 17:06 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Yunanıstanın Azərbaycandakı səfiri Dimitrios Tsounqası diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Yunanıstanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov Yunanıstanın Azərbaycandakı səfiri Dimitrios Tsounqası diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, D.Tsounqas diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və Azərbaycan və Yunanıstan arasında mövcud olan dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəmədiyini vurğulayıb.

E.Məmmədyarov səfirə gələcək fəaliyyətində uğurlar arzu edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti