...

Britaniyalı nazir: Azərbaycan beynəlxalq terrorçuluqla mübarizə sahəsində regional liderdir

Siyasət Materials 14 Sentyabr 2017 16:18 (UTC +04:00)
Hər bir dövlətin suverenliyinə hörmət edilməli və qonşu ölkələr tərəfindən pozulmamalıdır
Britaniyalı nazir: Azərbaycan beynəlxalq terrorçuluqla mübarizə sahəsində regional liderdir

Bakı. Maksim Tsurkov - Trend:

Hər bir dövlətin suverenliyinə hörmət edilməli və qonşu ölkələr tərəfindən pozulmamalıdır.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Böyük Britaniyanın Avropa və Amerika işləri üzrə naziri Alan Dunkan deyib.

O həmçinin qeyd edib ki, Azərbaycan beynəlxalq terrorçuluqla mübarizə məsələlərində dəqiq mövqeyə malikdir və bu sahədə regional liderdir.

A.Dunkan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü barədə də danışıb. “Görüş çox yaxşı keçdi. Mən Azərbaycan Prezidenti İlham Əliyevə Böyük Britaniya ilə yaxın müttəfiqlik əlaqələri yaratdığına görə təşəkkür etdim. Müsbət fakt odur ki, biz kommersiya sahəsində sıx çalışırıq, amma eyni zamanda siyasi dostluğumuz və digər sahələrdə yaxın əlaqələrimiz var. Mən Azərbaycan Prezidentinə baş nazirimiz Tereza Meyin təbrik məktubunu çatdırdım. Məktubda o, İlham Əliyevi yaxın zamanlarda Böyük Britaniyaya səfərə dəvət edib”.

Xəbər lenti

Xəbər lenti