...

Georgi Marqvelaşvili GUAM xarici işlər nazirlərini qəbul edib

Siyasət Materials 8 Oktyabr 2017 21:44 (UTC +04:00)
Gürcüstan prezidenti Georgi Marqvelaşvili bu gün GUAM xarici işlər nazirlərinin heyəti ilə görüşüb.
Georgi Marqvelaşvili GUAM xarici işlər nazirlərini qəbul edib

Bakı. Trend:

Gürcüstan prezidenti Georgi Marqvelaşvili bu gün GUAM xarici işlər nazirlərinin heyəti ilə görüşüb.

Trend-in "Qruziya Onlayn" agentliyinə istinadən verdiyi məlumata əsasən, görüşdə həmçinin ölkənin xarici işlər naziri Mixail Canelidze də iştirak edib.

Görüş zamanı GUAM-ın yubiley tarixi və Gürcüstanın sədr-ölkə kimi təşkilatda rolundan söhbət aparılıb.

Gürcüstan prezidenti qeyd edib ki, strateji tərəfdaşlar arasında əməkdaşlığın daha da inkişaf etməsi üçün əhəmiyyətli addımlar atılmalıdır.

Görüş zamanı söhbət həmçinin regionda təhlükəsizlik və gələcək əməkdaşlıq planlarına toxunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti