...

Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin yaradılmasının 25 illiyi münasibətilə sənəd imzalanıb

Siyasət Materials 20 Noyabr 2017 13:06
Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin yaradılmasının 25 illiyi münasibətilə zərf imzalanıb.
Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin yaradılmasının 25 illiyi münasibətilə sənəd imzalanıb

Trend-i buradan izləyin

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin yaradılmasının 25 illiyi münasibətilə zərf imzalanıb.

Trend-in məlumatına görə, sənədi Azərbaycan və Rusiyanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Sergey Lavrov imzalayıblar.

Qeyd edək ki, S.Lavrov noyabrın 19-dan Azərbaycanda səfərdədir.

S.Lavrov deyib: “Biz diplomatik münasibətlərin 25 illiyini qeyd edirik. Bu müddət ərzində biz mühüm nəticələrə nail olmuşuq. Ölkələrimiz strateji tərəfdaşdır. Biz iki ölkə arasında ticarət dövriyyəsinin artımını müşahidə etmişik. Bundan başqa, biz beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edirik. Münaqişə heç kimə sərf etmir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti