...

Deputat: Prezident İlham Əliyevin İƏT-in Zirvə toplantısında iştirakı Azərbaycanın İslam dünyasının ən fəal üzvlərindən olduğunu göstərir

Siyasət Materials 13 Dekabr 2017 17:51 (UTC +04:00)
Deputat: Prezident İlham Əliyevin tədbirdə iştirakı və çıxışı Azərbaycanın yüksək nüfuznu bir daha nümayiş etdirdi
Deputat: Prezident İlham Əliyevin İƏT-in Zirvə toplantısında iştirakı Azərbaycanın İslam dünyasının ən fəal üzvlərindən olduğunu göstərir

Bakı. Elçin Mehdiyev - Trend:

Prezident İlham Əliyevin İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısında iştirakı Azərbaycanın İslam dünyasının bu gün ən fəal üzvlərindən biri olduğunu göstərir.

Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

A.Mirzəzadə vurğulayıb ki, dövlət başçısının Qüds məsələsinin beynəlxalq hüquq normaları və beynəlxalq təşkilatların bu məsələ ilə bağlı qəbul etdiyi qərarlar əsasında həllinin vacibliyini vurğulamağı diqqəti cəlb edir: “Qüds məsələsi olduqca mürəkkəb bir prosesdir. Bu baxımdan Azərbaycan öz mövqeyini konkret şəkildə ortaya qoydu. Eyni zamanda Azərbaycanda 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan edilməsi, IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsinin görüş iştirakçılarının diqqətinə çatdırılması da Azərbaycanın İslam dəyərlərinə nə qədər bağlı olduğunu göstərir”.

Deputat bildirib ki, Azərbaycan bu gün ərazi bütövlüyünün pozulması problemi ilə üzləşib: “Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğalda saxlaması və işğala son qoymaq istəməməsi beynəlxalq aləmdə çox narahatedici bir məsələdir. Prezident İlham Əliyev bu məsələni də toplantı iştirakçılarının diqqətinə çatdırdı. Prezident İlham Əliyevin tədbirdə iştirakı və çıxışı Azərbaycanın yüksək nüfuzunu bir daha nümayiş etdirdi”.

Qeyd edək ki, dekabrın 13-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) hazırkı sədri Türkiyənin təşəbbüsü ilə Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısı keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Zirvə toplantısında iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti