...

Rosen Plevneliyev: Azərbaycan inkişafın və müasirləşmənin rəmzidir

Siyasət Materials 24 Dekabr 2017 13:53 (UTC +04:00)
Bugünkü Azərbaycan inkişafın və müasirləşmənin rəmzidir.
Rosen Plevneliyev: Azərbaycan inkişafın və müasirləşmənin rəmzidir

Bakı. Gülqız Muradova, Əli Mustafayev - Trend:

Bugünkü Azərbaycan inkişafın və müasirləşmənin rəmzidir. Bunu Trend-ə Bolqarıstanın sabiq Pprezidenti və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının üzvü Rosen Plevneliyev deyib.

R.Plevneliyev qeyd edib: “Biz unutmamalıyıq ki, 25 il əvvəl vəziyyət necə idi: ölkə dağılmışdı, təcrid olunmuşdu və müflisləşmişdi. Lakin Azərbaycan xalqı və rəhbərliyi müsbət dəyişikliklər yolu ilə irəlilədi”.

Onun sözlərinə görə, Azərbaycan etnik və dini tolerantlığın möhkəmlənməsinə xidmət edərək, iqtisadi və sosial inkişafın rəmzi olaraq beynəlxalq təhlükəsizliyə böyük töhfə verir.

R.Plevneliyev deyib ki, Azərbaycan bir çox beynəlxalq təşkilatın fəal və nüfuzlu üzvüdür: “Azərbaycan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunmuş Qlobal Bakı Forumu, Birinci Avropa Oyunları və digər qlobal miqyaslı tədbirlərin təşkilatçısı və ev sahibidir. Azərbaycan və onun xalqı özündən sonra mədəniyyətlərarası və dinlərarası mübadilə və hörmət ənənəsini qoymuş Nizami Gəncəvi irsinin nümunəsidir”.

Azərbaycan cəmiyyətinin unikal tolerant mühitini vurğulayan sabiq Prezident bildirib ki, Azərbaycanın müxtəlif millətlərin və dinlərin qarşılıqlı anlaşma və dinc birgəyaşayışına xidmət edən balanslaşdırılmış xarici siyasəti ilə fəxr etməyə haqqı var.

R.Plevneliyev vurğulayıb ki, Azərbaycan insanlar, mədəniyyətlər və dinlər arasında mədəni mübadilənin, dialoqun və qarşılıqlı anlaşmanın mühüm tərəfdarıdır: “Şərqlə Qərbin kəsişməsində yerləşən Azərbaycan xalqların əməkdaşlığı və dinc birgəyaşayışı üçün körpü rolunu oynayır. Azərbaycanla birgə biz hamımız separatçılığa, millətçiliyə, terrorçuluğa və dini dözümsüzlüyə qarşı çıxırıq. Bu gün Azərbaycan cəmiyyəti irqindən və dinindən asılı olmayaraq, hər bir insana dəyər verildiyi tolerantlıq, anlaşma, harmoniya və humanizmin bariz nümunəsidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti