Azərbaycanın İslam həmrəyliyinə töhfələri İtaliya mətbuatının gündəmində

Azərbaycanın İslam həmrəyliyinə töhfələri İtaliya mətbuatının gündəmində

Bakı. Trend:

İtaliyanın “Notizie Geopolitiche”, “Agenparl”, “Eurasianews” analitik və xəbər portallarında dekabrın 21-də Bakıda keçirilmiş “2017-İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” beynəlxalq konfransı və Azərbaycanın dünyada İslam həmrəyliyinin möhkəmlənməsinə verdiyi töhfələr barədə məqalələr yayımlanıb.

Azərbaycanın İtaliyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, məqalələrdə Azərbaycanda 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunduğu və il ərzində bu mövzuda bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyi bildirilir, o cümlədən dekabrın 21-də Bakıda keçirilmiş konfrans haqqında məlumat verilir.

Bildirilir ki, Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə təşkil olunmuş beynəlxalq konfransda 40-a yaxın ölkədən 150-dək nümayəndə, o cümlədən tanınmış dövlət, din və elm xadimləri, 8 beynəlxalq təşkilatın rəhbərləri və təmsilçiləri iştirak ediblər.

Məqalələrdə konfransın açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fikirlərinə yer verilir. Qeyd olunur ki, Azərbaycan xalqı əsrlər boyu öz milli mənəvi dəyərlərini qoruyub və İslam dəyərləri də bu dəyərlərin tərkib hissəsidir. Azərbaycanda dini sahədə hökm sürən əmin-amanlıq, qarşılıqlı anlaşma, müsəlmanlar arasında mövcud olan birlik, dinlərarası münasibətlərin yüksək səviyyədə tənzimlənməsi bu gün ölkəni gücləndirən amillərdəndir. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Keçən il İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı çox önəmli qətnamə qəbul edilib. ISESCO çərçivəsində də Azərbaycan çox uğurlu fəaliyyət göstərir. Bir neçə il bundan əvvəl ISESCO tərəfindən Bakı şəhəri İslam mədəniyyətinin paytaxtı elan edilib və 2018-ci il üçün isə Naxçıvan İslam mədəniyyəti paytaxtı adına layiq görülüb.

Bildirilir ki, Prezident İlham Əliyev ölkə daxilində İslam həmrəyliyinin tam təmin olunduğunu, Azərbaycanda bütün dinlərin nümayəndələrinin eyni, bərabər hüquqlara malik olduğunu və heç bir ayrı-seçkiliyə məruz qalmadığını bildirməklə, İslam həmrəyliyinin bir şüar deyil, Azərbaycan üçün əsas istiqamətlərdən biri olduğunu vurğulayıb.

Azərbaycanın Avropa ilə Asiya arasında siyasi və coğrafi cəhətdən körpü rolunu oynadığı, bu səbəbdən dinlər və mədəniyyətlərarası dialoq mövzusunda beynəlxalq tədbirlərə ev sahibliyi üçün ideal məkan olduğu vurğulanır, Azərbaycanda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun, Ümumdünya Mədəniyyətlərarası Dialoq və Bakı Beynəlxalq Humanitar forumlarının keçirildiyi qeyd edilir. Azərbaycanın həm Avropa, həm də İslam ölkələri ilə əla münasibətlərə malik olduğu, 2015-ci ildə Birinci Avropa Oyunlarına və 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdiyi diqqətə çatdırılır. Azərbaycanın ilk dəfə 2008-ci ildə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərini Avropa Şurasının mədəniyyət nazirlərinin iclasına dəvət etməklə sonradan ənənə kimi davam etdirilən “Bakı Prosesi”ni irəli sürdüyü bildirilir.

Məqalələrdə Prezident İlham Əliyevin çıxışında Azərbaycanın müstəqilliyini bərpa etdiyi vaxtdan keçən 26 il ərzində əldə etdiyi uğurlar, iqtisadi sahədə qazandığı nailiyyətlərdən danışdığı, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü barədə məlumat verdiyi bildirilir.

Məqalələrdə konfrans zamanı İran Prezidenti Həsən Ruhani, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Konstantinopol Patriarxı I Varfolomey, Moskva və bütün Rusiyanın patriarxı Kirill, Ümumgürcüstan katolikos-patriarxı II İlya və Müqəddəs Taxt-Tacın nümayəndəsinin müraciətlərinin səsləndirildiyi diqqətə çatdırılır. Həmçinin, Qafqaz Müsəlmanları İdarəsinin sədri, MDB Dinlərarası Şuranın həmsədri şeyxülislam Allahşükür Paşazadənin “İslam Həmrəyliyi İli” çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə təşkil etdiyi beynəlxalq tədbirlərə dair hesabatının iştirakçılara təqdim olunduğu qeyd edilir. Bundan başqa, dünya müsəlmanları adından konfrans iştirakçılarına müraciət edən ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycrinin öz çıxışında Azərbaycanın İslam həmrəyliyi, o cümlədən dinlər və mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsindəki artan rolunu vurğuladığı diqqətə çatdırılır.

Yazılarda qeyd olunur ki, bu konfransla Azərbaycan bir daha yüksək səviyyəli beynəlxalq tədbirlər həyata keçirmək bacarığını nümayiş etdirib. Azərbaycan dünyaya bir sıra əhəmiyyətli təşəbbüslər üçün bələdçi rolunu oynayan mədəni müxtəliflik modeli təqdim edir və bunu, həmçinin 2017-ci ildə Venesiya Biennalesində “Bir günəş altında. Birgə yaşamaq mədəniyyəti” adlı pavilyonla təmsil olunmaqla nümayiş etdirdi. Göründüyü kimi, Azərbaycanda bütün təşəbbüslər şüar kimi irəli sürülmür, əməli olaraq həyata keçirilir.

Azərbaycan Ordusunun Arazdəyən istiqamətində atəş açması barədə məlumat yalandır - MN
Azərbaycan Ordusunun Arazdəyən istiqamətində atəş açması barədə məlumat yalandır - MN
Zəfər xronikası 17 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin xalqa müraciəti (FOTO/VİDEO)
Zəfər xronikası 17 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin xalqa müraciəti (FOTO/VİDEO)
44 günlük Vətən müharibəsinin xronikası: 17 oktyabr
44 günlük Vətən müharibəsinin xronikası: 17 oktyabr
Loading Bars
Xəbər lenti
Meksikada "Pamela" qasırğasının fəsadları 9 min sakinə ziyan vurub
Hindistanda leysan yağışları 10 insanın ölümünə səbəb olub
Türkiyədə son sutkada koronavirusdan 25 611 nəfər sağalıb
Xarici İşlər Nazirliyi Gəncənin Ermənistan tərəfindən atəşə tutulmasının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Ordusunun Arazdəyən istiqamətində atəş açması barədə məlumat yalandır - MN
ABŞ Sakit okean yaxınlığında raket buraxmağı planlaşdırır
Zəfər xronikası 17 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin xalqa müraciəti (FOTO/VİDEO)
44 günlük Vətən müharibəsinin xronikası: 17 oktyabr
Xəzər dənizində zəlzələ qeydə alınıb
Azərbaycan komandası “Böyük dəbilqə” turnirində ikinci pillədə yer alıb
Pensiya, sosial müavinət, təqaüdlər 20 faiz civarında və ya daha çox arta bilər – Komitə sədri
Şuşadan ilk zəng həyata keçirilib
Rusiyada 18 nəfər metanol zəhərlənməsindən öldü
Balabəy Ağayev “Böyük dəbilqə” turnirinin qızıl medalını qazanıb
IDEA İctimai Birliyi ilə Ümumrusiya Təbiəti Mühafizə Cəmiyyəti arasında saziş imzalanıb (FOTO)
Prezident İlham Əliyevin münaqişədən sonra başladığı yenidənqurma-bərpa layihələri misilsizdir - Hikmət Hacıyev (VİDEO)
NATO-nun Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək
Ədən körfəzində İran tankerinə quldur hücumunun qarşısı alınıb
"Azəriqaz" rəhbəri qazın qiymətinin bahalaşma səbəblərini açıqladı
Əməkhaqları, pensiya və müavinətlərin artırılması ilə bağlı işlərə başlanılıb - Maliyyə Nazirliyi
İran Azərbaycan ərazisindən narkotik qaçaqmalçılığına görə məsuliyyətə cəlb olunmalıdır - Piter Teys
Sənaye balıq ovu ilə məşğul olan subyektlərə xəbərdarlıq edilib
İranda güclü zəlzələ olub
Əvvəlki tariflər xərcləri qarşılamadığından qiymətlərin dəyişməsi zərurəti ortaya çıxıb - İlham Şaban
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 681 nəfər COVID-19-a yoluxub, 12 nəfər vəfat edib
Cənubi Qafqaz ölkələri kommunikasiyaları bərpa etmək üçün əməkdaşlıq etməlidir - Pakistanlı diplomat
İqtisadi aktivliyin gözləniləndən daha sürətli olması elektrik enerjisinə tələbatı artırıb - "Azərişıq"
Əməkhaqqı və pensiyalarla bağlı artım 1 milyon 800 min vətəndaşı əhatə edəcək
Hazırda dünyada qaz qiymətləri ötən il ilə müqayisədə 20-30 dəfə qalxıb - SOCAR
Ermənistanda anti-Rusiya isterikası davam edir
Nazirlər Kabineti maaş və pensiyaların artılıması ilə bağlı sərəncamın icrasına başlayıb
Pirallahıda Vətən müharibəsi şəhidi Nəbiyev Elmarın anım mərasimi keçirilib (FOTO)
İranda daha 181 nəfər koronavirusdan öldü
Əməkhaqqı, pensiya, sosial müavinət, təqaüd və digər sosial ödənişlər artırılacaq - SƏRƏNCAM
Tarif Şurasının işığın və qazın qiyməti ilə bağlı dəyişikliyi aztəminatlı ailələrə təsir etməyəcək - İZAH
Erməni təxribatları - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
Gecikdirilmiş 851,9 min manatın işəgötürənlər tərəfindən işçilərə ödənməsi təmin edilib
MDU-nun tərəfdaşlıq etdiyi EQAC Erasmus+ layihəsinin yekun konfransı keçirilib (FOTO)
Tarif Şurası qazın və işığın qiymətinə dəyişiklik etdi
Azad edilmiş ərazilərdə bərpa işləri Azərbaycanın çiçəklənməsinin yeni dövrünə çevriləcək - Fələstin səfiri
Kürdəmirdə çörək sexində nöqsanlar aşkarlanıb
Qarabağın işğaldan azad olunması su probleminin həllinə böyük dəstək oldu - Vüqar Kərimov
Ermənistan ərazisindən keçib gələn çaylarımız çirkləndirilir - Nazir müavini
30 il müddətində Ermənistanın işğalı altında olan ərazilərimizdə böyük narkotik plantasiyaları salınıb - Deputat
İki milli park və iki qoruğun direktoru vəzifəsindən azad edilib (ÖZƏL)
Türkiyədə Ərdoğanla Merkelin görüşü keçirilir
Prezident İlham Əliyev mədəniyyət xadimlərinə fəxri adlar verdi
Bir qrup mədəniyyət xadimi təltif edildi - SƏRƏNCAM
Burada gördüyümüz dağıntılar təbiətə qarşı barbar münasibətin sübutudur - Qırğızıstan səfiri
LDU-da 18 oktyabr - Dövlət Müstəqilliyimizin Bərpası Günü Elmi-nəzəri konfransla qeyd edilib (FOTO)
Rusiyada koronavirusdan ölənlərin gündəlik sayı mini keçib
Göyçayda toy təşkilatçısı cərimələnib (FOTO)
ABŞ-da futbol matçından sonra atışma olub, yaralılar var
Zığda 20 ton zeytun yığılıb
Türkiyədə rusiyalı turistləri aparan avtobus aşıb
Zəngilanda payız mövsümündə də ağacların əkilməsi nəzərdə tutulub - Firdovsi Əliyev
Hikmət Hacıyev: Ermənistan tərəfindən ciddi və pozitiv addımlar atılmalıdır (ÖZƏL)
İşğal dövründə 100 min hektar ərazi yanğına məruz qalıb - Nazir müavini
Azərbaycan İnvestisiya Holdinqinin növbəti iclası keçirilib (FOTO)
Azad edilmiş ərazilərin minalardan təmizlənməsi üçün Fransa ilə sənədin imzalanması nəzərdə tutulur
Hava Hücumundan Müdafiə bölmələri döyüş atışları keçirir (VİDEO)
İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın hücumları nəticəsində Tərtərdə 16 mülki şəxs ölüb - Müstəqim Məmmədov
Son 25-30 ildə hər hansısa dövlət tərəfindən post-münaqişə dövründə bu miqyasda yenidənqurma işləri həyata keçirilməyib - Hikmət Hacıyev
Ağstafada dələduzluq edən “falçı” saxlanılıb (FOTO)
Yaxın zamanlarda Qarabağ ağıllı şəhərləri və kənd təsərrüfatı məhsulları ilə də məşhur olacaq - Cahit Bağçı
Universitet prorektoru vəfat edib
Bazar günü hava necə olacaq?
DSX İranla sərhəd ərazidə narkotik aşkarlayıb (FOTO)
Budəfəki səfərimizdə biz artıq azad olunmuş ərazilərdə quruculuq işləri ilə də tanış oluruq - Hikmət Hacıyev (FOTO)
Füzuli Hava Limanına beynəlxalq status verilib
İki mindən çox qaziyə əlillik və sosial ödənişlər təyin edilib
İndoneziyanın turizm bölgəsində zəlzələ olub - Ölənlər var
Zığda 1200 hektar ərazidə yaşıllıq salınıb (FOTO)
Bədii gimnastika və idman gimnastikası üzrə dünya çempionatlarında Azərbaycanı təmsil edəcək idmançıların adları açıqlanıb
Suqovuşanı işğal etməklə Ermənistan geniş əraziləri sudan məhrum etmişdi - Hikmət Hacıyev (FOTO)
Şəhidi təhqir edən şəxs 15 sutkalıq həbs olunub
Bakıda ticarət mərkəzindəki yanğın söndürülüb (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
Masallıda evdən və mağazalardan oğurluq edən şəxs saxlanılıb
Azərbaycan nefti bahalaşıb
ETSN media nümayəndələri ilə yeni layihəyə start verib
Bolqarıstanda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü ilə bağlı konsert keçirilib (FOTO)
Albaniyada hoteldə 4 turistin meyiti tapılıb
Füzulinin azad edilməsi Vətən müharibəsinin gedişində strateji əhəmiyyət kəsb edib - Deputat
Qazax sakinindən narkotik götürülüb (FOTO)
Şəhid baş leytenant Daşdəmir Paşayevin xatirəsi anılıb (FOTO/VİDEO)
"Taliban"ın nümayəndə heyəti Özbəkistana səfər edib
Azərbaycan ərazilərini azad etməklə Ermənistanla İranın narkotik biznesinin də qarşısını aldı - Deputat
Nərimanov rayonunda hərəkət məhdudlaşdırılıb, avtobusların yolu dəyişdirilib (FOTO) (ƏLAVƏ EDİLİB)
Bakıda ilkin mənzil bazarında qiymətlər ucuzlaşıb
Sabirabadda 4 otaqlı ev yanıb
Bakıda yaşayış binasında yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib
Qazaxıstanda koronavirusa daha 1 900 nəfər yoluxub
Diplomatik korpus nümayəndələrinin Suqovuşana səfəri başlayıb (FOTO)
Yaponiyanın yeni baş naziri ABŞ-a səfər etmək istədiyini bildirib
Borrel nüvə problemi üzrə İranla danışıqlara hazırdır
İŞİD Əfqanıstandakı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb
Britaniyada koronavirusa 44 mindən çox yeni yoluxma halı qeydə alınıb
Meksika Konqresi Azərbaycan xalqını təbrik edib (FOTO)
BMT Təhlükəsizlik Şurası Haitidəki missiyanın müddətini uzadıb
Bütün xəbərlər