...

Yeni qayda: İri şəhərlərdə hər adama düşən yaşıllıq sahəsi 10 kv.m olmalıdır

Siyasət Materials 9 Yanvar 2018 10:52 (UTC +04:00)
Azərbaycanda çox iri və iri şəhərlərdə hər adama düşən yaşıllıq sahəsi 10, böyük şəhərlərdə 9, orta şəhərlərdə 7 kv.m olmalıdır.
Yeni qayda: İri şəhərlərdə hər adama düşən yaşıllıq sahəsi 10 kv.m olmalıdır

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda çox iri və iri şəhərlərdə hər adama düşən yaşıllıq sahəsi 10, böyük şəhərlərdə 9, orta şəhərlərdə 7 kv.m olmalıdır.

Trend-in məlumatına görə, bu normalar Nazirlər Kabineti tərəfindən yeni təsdiqlənmiş “Yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi Normaları”nda öz əksini tapıb.

Yeni sənədə görə, normalara mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, hüquqi və fiziki şəxslər, dövlət orqanları və bələdiyyələr tərəfindən riayət edilməlidir.

Normalara əsasən, yaşayış məntəqələrinin layihələndirilməsi zamanı yaşıllıq faizi ayrılmış ərazinin minimum 40 faizini təşkil etməlidir.

Əhalinin mövcud məskunlaşdığı məhəllələr yenidən layihələndirilərkən yaşıllıq faizi isə həmin ərazinin minimum 25 faizini təşkil etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti