Azərbaycan XİN və Baş Prokurorluğun birgə bəyanatı: Sumqayıtda törədilən iğtişaş həmin dövrdəki təxribatların kulminasiyası idi (FOTO) (YENİLƏNİB)

Azərbaycan XİN və Baş Prokurorluğun birgə bəyanatı: Sumqayıtda törədilən iğtişaş həmin dövrdəki təxribatların kulminasiyası idi (FOTO) (YENİLƏNİB)

Bakı. Samir Əli - Trend:

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) və Respublika Baş Prokurorluğu 1988-ci il Sumqayıt hadisələri ilə bağlı birgə bəyanat yayıb.

Trend-in məlumatına görə, Sumqayıt hadisələrinin 30-cu ildönümü ilə bağlı keçirilən tədbirdə Azərbaycan XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev qeyd edib ki, Xarici İşlər Nazirliyi ilə Baş Prokurorluq tərəfindən imzalanan bəyanat Azərbaycan, rus və ingilis dillərində yayılacaq.

Bəyanatda Sumqayıt hadisələrinin qəsdən və sifarişlə törədildiyi qeyd edilir:

"1980-ci illərin sonlarından başlayaraq Ermənistan Azərbaycana qarşı əsassız və qeyri-qanuni ərazi iddialarını həyata keçirməyə cəhd göstərərək zorakılıq əməllərinə, terrora, etnik zəmində təxribatlara və hərbi gücdən istifadəyə əl atdı. Bu zorakılıq əməlləri Azərbaycanın Dağlıq Qarabağ regionu və Ermənistan ərazisində yaşayan köklü Azərbaycan əhalisinə qarşı hücumlarla başlayaraq, 1991-ci ildən Ermənistanın Azərbaycana qarşı açıq hərbi təcavüzü ilə davam etdi, minlərlə azərbaycanlı mülki əhalinin öldürülməsi, bir milyondan artıq azərbaycanlının Ermənistan ərazisində və işğal olunmuş Azərbaycan ərazilərində qanlı etnik təmizləməyə məruz qalması, işğal olunmuş ərazilərin talan edilməsi ilə nəticələndi.

Ermənistan ərazisində yaşayan azərbaycanlı əhalinin kütləvi qovulmasını, Dağlıq Qarabağın Azərbaycandan ayrılmasını, Ermənistanın Azərbaycana qarşı qeyri-qanuni işğalçılıq və anneksiya siyasətini və bu məqsədə nail olmaq üçün zorakı metodlarını “əsaslandırmaq” üçün anti-Azərbaycan kampaniya həyata keçirən Ermənistan rəhbərliyi, erməni şovinist ideoloqları və ekstremist təşkilatları 80-ci illərin sonlarında Azərbaycanın müxtəlif regionlarında etnik zəmində qarşıdırma planlaşdırır və həyata keçirirdilər".

Bildirilir ki, 1988-ci ilin fevralında Sumqayıtda etnik zəmində törədilən iğtişaş həmin dövrdə bu sıradan olan məqsədyönlü təxribatların kulminasiyası idi:

"Bakının 30 kilometrliyində yerləşən, on beşdən artıq müxtəlif millətin yaşadığı Sumqayıt şəhərinin əhalisi 1988-ci ildə 258.000 nəfər təşkil edirdi və bunun təqribən 18.000-ni etnik ermənilər idi. 1988-ci ilin fevralına qədər Sumqayıtda etnik zəmində hər hansı qarşıdurma olmamış və bu gün də Sumqayıt digər Azərbaycan şəhərləri kimi çoxmillətli və çox konfessiyalı xüsusiyyətini saxlamaqdadır.

1988-ci ilin 26 fevralında Sumqayıtın mərkəzi meydanı Azərbaycanın Dağlıq Qarabağ regionunda ermənilər tərəfindən iki gəncin öldürülməsinə etiraz olaraq nümayişçilər tərəfindən tutuldu. Erməni ekstremistləri və təxribatçı agentlər tərəfindən bu etiraz aksiyası iğtişaşa doğru təhrik edildi. İğtişaşı araşdırmaq üçün SSRİ Baş Prokurorluğu tərəfindən cinayət işi başlandı, xüsusilə mühüm işlər üzrə müstəntiq Vladimir Qalkinin rəhbərliyi ilə ölkənin müxtəlif regionlarından cəlb edilmiş 231 nəfər istintaqçı və bir o qədər də əməliyyatçıdan ibarət xüsusi istintaq-əməliyyat qrupu yaradıldı. SSRİ Baş Prokurorluğu tərəfindən aparılan istintaq nəticəsində iğtişaş zamanı 26 erməni, 6 azərbaycanlı olmaqla, 32 nəfərin öldürüldüyü müəyyən edildi, məhkəmənin qərarı ilə 92 nəfər uzunmüddətli həbs cəzasına, 1 nəfər isə ölüm hökmünə məhkum olundu. Lakin SSRİ Baş Prokurorluğu tərəfindən aparılmış istintaqla iğtişaş iştirakçılarının yalnız bir qismi müəyyən edilib məhkəmənin qərarı ilə cəzalandırıldı, SSRİ-nin siyasi rəhbərliyi və SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin təzyiqləri nəticəsində istintaq məntiqi sonluğa çatdırılmadı, onun təşkilatçıları və sifarişçiləri müəyyən edilmədi".

Bəyanatda deyilir ki, bu cinayətin əsl mahiyyətini açmaq, SSRİ Baş Prokurorluğunun üstündən sükutla keçdiyi məqamları araşdırmaq üçün Azərbaycanın qəti siyasi iradəsinin təzahürü olaraq, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi və Azərbaycan Baş prokurorunun 19 mart 2010-cu il tarixli qərarı ilə həmin kütləvi iğtişaşlarla əlaqədar keçmiş SSRİ Baş Prokurorluğu tərəfindən istintaqı aparılaraq sonradan dayandırılmış 5 cinayət işinin icraatı təzələnərək vahid icraatda birləşdirildi və istintaqın aparılması Baş prokurorun birinci müavininin rəhbərliyi ilə prokurorluq, daxili işlər nazirliyi və dövlət təhlükəsizlik xidmətinin müstəntiq və əməliyyatçılarından ibarət yaradılmış istintaq-əməliyyat qrupuna həvalə edildi:

"Hazırkı istintaq qrupu tərəfindən toplanmış materialların qiymətləndirilməsi və təhlili təsdiq edir ki, Sumqayıtdakı iğtişaş Azərbaycana qarşı Ermənistan xüsusi xidmət orqanları və SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən təşkil edilmiş təxribat olub. SSRİ Konstitusiyası əsasında Dağlıq Qarabağın Azərbaycandan ayrılmasının qeyri-qanuniliyi dərk edən erməni ideoloqları və SSRİ rəhbərliyində onları açıq dəstəkləyən şəxslər ermənilərin və azərbaycanlıların birgə yaşamasının qeyri-mümkünlüyünü əsaslandırmaq, azərbaycanlıların artıq tam şəkildə Ermənistan ərazisindən qovulmasını təmin etmək və Azərbaycanı nüfuzdan salmaq üçün bu təxribata əl atmışlar.

Həmin təxribatın törədilməsində SSRİ DTK-nın məqsədi SSRİ-nin əyalətlərində vəziyyəti gərginləşdirərək güclənən mərkəzdənqaçma meyllərini dayandırmaq, sərt repressiya metodlara əl atmağa bəraət qazandırmaq və güclü mərkəzi Sovet hakimiyyəti olmadan Sovet respublikalarının müstəqil yaşaya bilməyəcəklərini nümayiş etdirmək olmuşdur. Sumqayıt hadisələrinə bənzər iğtişaş və təxribatlar DTK tərəfindən Oş (Qırğızıstan), Fərqanə (Özbəkistan), Tbilisi (Gürcüstan), Vilnüs (Litva) və digər ərazilərdə təşkil olunmuşdu".

Qeyd olunur ki, hadisələr ərəfəsində və hadisələr baş verən gün Sumqayıt şəhərində və ətrafında SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və ordu birləşmələrinin kifayət qədər canlı qüvvəsi və texnikası olsa da, onlar tərəfindən vəziyyətin nəzarət altına alınması üçün vaxtında qabaqlayıcı tədbirlər görülməyib:

"Evlərə basqın və digər zorakılıq hərəkətləri əvvəlcədən hazırlanmış siyahı və xüsusi plan əsasında əslən erməni olan Sumqayıt şəhər sakini, dəfələrlə məhkum olunmuş Eduard Qriqoryanın bilavasitə rəhbərliyi və göstərişləri üzrə həyata keçirilmiş, hücumlara məruz qalan ermənilər isə Dağlıq Qarabağın Azərbaycandan ayrılması məqsədini güdən gizli “Krunk” və “Karabakh” komitələrinə ianə verməkdən imtina edən şəxslər olmuşlar.

İğtişaşlarda E.Qriqoryan ermənilərə qarşı xüsusi qəddarlığı ilə seçilmiş, zorlamaya məruz qoyduğu erməni Məjlumyan bacıları tərəfindən istintaq zamanı qəti olaraq tanınmışdır. Məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilən E.Qriqoryan SSRİ dağılandan sonra Ermənistanın həbsxanasına köçürülüb və oradan da dərhal müəmmalı şəkildə azadlığa buraxılıb. Hazırda istintaqı aparılan cinayət işi üzrə ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə, qrup halında zorlama və digər ağır cinayətləri törətməkdə təqsirləndirilən, barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarış elan edilmiş E.Qriqoryanın faktiki yaşadığı ünvanın operativ kanallarla müəyyən olunmasına və ictimaiyyətə bu barədə məlumat verilməsinə baxmayaraq, o, Ermənistanın xüsusi xidmət orqanlarının himayəsi altında üçüncü ölkənin ərazisində azadlıqda yaşamaqda davam edir.

Cinayət işinin materialları bir daha göstərir ki, Sumqayıtın azərbaycanlı sakinlərinin fərdi humanizmi və şücaəti olmasaydı, hadisələr planlaşdırılmış təxribat planına uyğun olaraq, daha geniş miqyas alardı. Milliyyətcə erməni olan şahidlərin ifadələrindən göründüyü kimi, onlarla erməni hadisələr vaxtı azərbaycanlı ailələr tərəfindən öz evlərində yerləşdirilməklə xilas edilmişdir".

Qeyd olunur ki, SSRİ dövründə foto-video çəkilişə xüsusi nəzarət və senzura tətbiq olunmasına baxmayaraq, hadisələrin əvvəlcədən quraşdırılmış vasitələrlə foto-video çəkilişi aparılmış və dərhal SSRİ ərazisindən çıxarılaraq erməni lobbi təşkilatları vasitəsilə anti-Azərbaycan kampaniyasının tərkib hissəsi kimi yayılmışdır:

"Ermənistan və erməni lobbisi dairələri tərəfindən Sumqayıt hadisələri qəsdən Azərbaycana qarşı təbliğat və dezinformasiya məqsədilə istifadə edilsə də, Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər, aparılmış obyektiv və faktlara söykənən istintaq materialları ilə həmin iğtişaşların məhz erməni millətçilərinin və onların havadarlarının öz məkrli niyyətlərinə nail olmaq məqsədilə təşkil edilərək törədilməsi kifayət qədər və təkzibedilməz faktlarla sübuta yetirilib.

Hazırda qeyd olunan iğtişaşların bütün sifarişçisi və iştirakçılarının aşkarlanaraq cinayət məsuliyyətinə cəlb olunması, eləcə də onların və havadarlarının ifşa olunması istiqamətində kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir".

İki milli park və iki qoruğun direktoru vəzifəsindən azad edilib (ÖZƏL)
İki milli park və iki qoruğun direktoru vəzifəsindən azad edilib (ÖZƏL)
LDU-da 18 oktyabr - Dövlət Müstəqilliyimizin  Bərpası Günü Elmi-nəzəri konfransla qeyd edilib (FOTO)
LDU-da 18 oktyabr - Dövlət Müstəqilliyimizin Bərpası Günü Elmi-nəzəri konfransla qeyd edilib (FOTO)
İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın hücumları nəticəsində Tərtərdə 16 mülki şəxs ölüb - Müstəqim Məmmədov
İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın hücumları nəticəsində Tərtərdə 16 mülki şəxs ölüb - Müstəqim Məmmədov
Loading Bars
Xəbər lenti
30 il müddətində Ermənistanın işğalı altında olan ərazilərimizdə böyük narkotik plantasiyaları salınıb - Deputat
İki milli park və iki qoruğun direktoru vəzifəsindən azad edilib (ÖZƏL)
Türkiyədə Ərdoğanla Merkelin görüşü keçirilir
Prezident İlham Əliyev mədəniyyət xadimlərinə fəxri adlar verdi
Bir qrup mədəniyyət xadimi təltif edildi - SƏRƏNCAM
Burada gördüyümüz dağıntılar təbiətə qarşı barbar münasibətin sübutudur - Qırğızıstan səfiri
LDU-da 18 oktyabr - Dövlət Müstəqilliyimizin Bərpası Günü Elmi-nəzəri konfransla qeyd edilib (FOTO)
Rusiyada koronavirusdan ölənlərin gündəlik sayı mini keçib
Göyçayda toy təşkilatçısı cərimələnib (FOTO)
ABŞ-da futbol matçından sonra atışma olub, yaralılar var
Zığda 20 ton zeytun yığılıb
Türkiyədə rusiyalı turistləri aparan avtobus aşıb
Zəngilanda payız mövsümündə də ağacların əkilməsi nəzərdə tutulub - Firdovsi Əliyev
Hikmət Hacıyev: Ermənistan tərəfindən ciddi və pozitiv addımlar atılmalıdır (ÖZƏL)
İşğal dövründə 100 min hektar ərazi yanğına məruz qalıb - Nazir müavini
Azərbaycan İnvestisiya Holdinqinin növbəti iclası keçirilib (FOTO)
Azad edilmiş ərazilərin minalardan təmizlənməsi üçün Fransa ilə sənədin imzalanması nəzərdə tutulur
Hava Hücumundan Müdafiə bölmələri döyüş atışları keçirir (VİDEO)
İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın hücumları nəticəsində Tərtərdə 16 mülki şəxs ölüb - Müstəqim Məmmədov
Son 25-30 ildə hər hansısa dövlət tərəfindən post-münaqişə dövründə bu miqyasda yenidənqurma işləri həyata keçirilməyib - Hikmət Hacıyev
Ağstafada dələduzluq edən “falçı” saxlanılıb (FOTO)
Yaxın zamanlarda Qarabağ ağıllı şəhərləri və kənd təsərrüfatı məhsulları ilə də məşhur olacaq - Cahit Bağçı
Universitet prorektoru vəfat edib
Bazar günü hava necə olacaq?
DSX İranla sərhəd ərazidə narkotik aşkarlayıb (FOTO)
Budəfəki səfərimizdə biz artıq azad olunmuş ərazilərdə quruculuq işləri ilə də tanış oluruq - Hikmət Hacıyev (FOTO)
Füzuli Hava Limanına beynəlxalq status verilib
İki mindən çox qaziyə əlillik və sosial ödənişlər təyin edilib
İndoneziyanın turizm bölgəsində zəlzələ olub - Ölənlər var
Zığda 1200 hektar ərazidə yaşıllıq salınıb (FOTO)
Bədii gimnastika və idman gimnastikası üzrə dünya çempionatlarında Azərbaycanı təmsil edəcək idmançıların adları açıqlanıb
Suqovuşanı işğal etməklə Ermənistan geniş əraziləri sudan məhrum etmişdi - Hikmət Hacıyev (FOTO)
Şəhidi təhqir edən şəxs 15 sutkalıq həbs olunub
Bakıda ticarət mərkəzindəki yanğın söndürülüb (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
Masallıda evdən və mağazalardan oğurluq edən şəxs saxlanılıb
Azərbaycan nefti bahalaşıb
ETSN media nümayəndələri ilə yeni layihəyə start verib
Bolqarıstanda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü ilə bağlı konsert keçirilib (FOTO)
Albaniyada hoteldə 4 turistin meyiti tapılıb
Füzulinin azad edilməsi Vətən müharibəsinin gedişində strateji əhəmiyyət kəsb edib - Deputat
Qazax sakinindən narkotik götürülüb (FOTO)
Şəhid baş leytenant Daşdəmir Paşayevin xatirəsi anılıb (FOTO/VİDEO)
"Taliban"ın nümayəndə heyəti Özbəkistana səfər edib
Azərbaycan ərazilərini azad etməklə Ermənistanla İranın narkotik biznesinin də qarşısını aldı - Deputat
Nərimanov rayonunda hərəkət məhdudlaşdırılıb, avtobusların yolu dəyişdirilib (FOTO) (ƏLAVƏ EDİLİB)
Bakıda ilkin mənzil bazarında qiymətlər ucuzlaşıb
Sabirabadda 4 otaqlı ev yanıb
Bakıda yaşayış binasında yanğın olub, 1 nəfər tüstüdən zəhərlənib
Qazaxıstanda koronavirusa daha 1 900 nəfər yoluxub
Diplomatik korpus nümayəndələrinin Suqovuşana səfəri başlayıb (FOTO)
Yaponiyanın yeni baş naziri ABŞ-a səfər etmək istədiyini bildirib
Borrel nüvə problemi üzrə İranla danışıqlara hazırdır
İŞİD Əfqanıstandakı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb
Britaniyada koronavirusa 44 mindən çox yeni yoluxma halı qeydə alınıb
Meksika Konqresi Azərbaycan xalqını təbrik edib (FOTO)
BMT Təhlükəsizlik Şurası Haitidəki missiyanın müddətini uzadıb
Türkiyə Suriyadakı terrorçulara qarşı bütün lazımi addımları atacaq - Ərdoğan
Türkiyədə son sutkada koronavirusdan 25 513 nəfər sağalıb
FIFA Əfqanıstandan 100 nəfəri təxliyə edib
Messisiz PSJ "Anje" üzərində qələbə qazandı
Şəmkirdə birmərtəbəli ev yanıb
Böyük Britaniyada deputatı kilsədə bıçaqlanaraq öldürülüb
İrandan Ermənistana, oradan isə Avropaya gedən narkotik marşrutunun qarşısı Azərbaycan tərəfindən alındı - Deputat
Zəfər xronikası 16 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsi (FOTO/VİDEO)
44 günlük Vətən müharibəsinin xronikası: 16 oktyabr
Dağıstanda avtobus minik avtomobili ilə toqquşub, ölənlər var
Dövlət Əmək Müfəttişliyi Xidməti: 18 oktyabr iş günüdür
Bitkoinin qiyməti 60 min dolları keçib
Türkiyədə 2 PKK terrorçusu zərərsizləşdirilib
"Formula 1" üzrə növbəti Azərbaycan Qran Prisinin keçiriləcəyi tarix bəlli oldu
İranda son sutkada 197 nəfər koronavirusdan ölüb
Ermənistan yalan məlumatlar yayaraq növbəti təxribatlarına zəmin yaratmağa çalışır - MN
Azərbaycanın iqtisadi artım sürəti 4,8 faizə çatıb
Daha 23 ölkənin vətəndaşlarının təyyarə ilə Azərbaycana giriş-çıxışına icazə verildi
Prezident İlham Əliyev "Müstəqillik Günü haqqında" Qanunu imzaladı
Ceyhun Bayramov Fransa nümayəndə heyəti ilə görüşüb (FOTO)
Mədəniyyət naziri Anar Kərimov “Anadolu” Agentliyinə müsahibə verib (VİDEO)
Bakıda Nizami Gəncəvinin 880 illiyinə həsr olunan işıq festifalı keçirilir (FOTO)
Gəncədə fitosanitar monitorinqlər aparılıb
Böyük Britaniya ilə sosial sahədə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub (FOTO)
Seçicilərlə görüşü zamanı bıçaqlanan britaniyalı deputat öldü (ƏLAVƏ OLUNUB)
Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir (VİDEO)
AQTA daha iki müəssisədə nöqsanlar aşkarladı
Oktyabrın 18-nə USD/AZN rəsmi məzənnəsi
Multikulturalizm Mərkəzində müstəqilliyin bərpası günü qeyd edilib (FOTO)
"Azəriqaz"da payız-qış rejiminə hazırlıq işləri yekunlaşıb - Ruslan Əliyev
Milli parkın ərazisində ov edən şəxslər 4 min manat cərimələndi
Baş direktor "Azəriqaz"a ən çox edilən şikayətlərdən danışdı
“Old Spice” və “Neftçi” tərəfdaşlıq haqda müqavilə imzalayıb
Noyabrda neçə gün iş olmayacaq?
Rusiyadan idxal olunan 70 tona yaxın toxumluq kartof məhv edilib
Bakı və Abşeron ərazisi 2023-cü ildə tam qazlaşdırılacaq
Əfqanıstanda partlayışda ölənlərin sayı 60-ı keçdi
BDU-nun professoru vəfat edib
Bakıda keçiriləcək Beynəlxalq Biznes Forumla bağlı mətbuat konfransı keçirilib (FOTO)
Yevlaxda "patı" satan dəstə yaxalandı
Dayanma-durma qaydalarını pozan sürücülərə qarşı reyd keçirilib (FOTO)
Zaqatala və Balakəndə qanunsuz ağac kəsilməsilə bağlı cinayət işi başlandı
Gözlənilən hava şəraiti barədə XƏBƏRDARLIQ
ADU-nun qonağı olan pakistanlı rektor Şamaxıda olub, şəhid ailəsi ilə görüşüb (FOTO)
Bütün xəbərlər