...

Türkiyə ilə Azərbaycan arasında sazişlər təsdiq edildi

Siyasət Materials 23 Fevral 2018 13:09 (UTC +04:00)
Bu gün Milli Məclisin plenar iclasında Türkiyə ilə Azərbaycan arasında iki sazişin təsdiq edilməsi müzakirəyə çıxarılıb.
Türkiyə ilə Azərbaycan arasında sazişlər təsdiq edildi

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün Milli Məclisin plenar iclasında Türkiyə ilə Azərbaycan arasında iki sazişin təsdiq edilməsi müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, deputatlar "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında" Sazişin və "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi məsələsini müzakirəyə çıxarıb.

Müzakirələrdən sonra sazişlər səsə qoyularaq təsdiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti