...

Bakıda "senator"lar müzakirəyə başladılar

Siyasət Materials 24 Fevral 2018 11:59
Bu gün Bakıda ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin İdarə Heyəti Amerika Birləşmiş Ştatları Senatının Modeli konfrası keçirilib.
Bakıda "senator"lar müzakirəyə başladılar

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva – Trend:

Bu gün Bakıda ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin İdarə Heyəti Amerika Birləşmiş Ştatları Senatının Modeli konfrası keçirilib.

Trend-in məlumatına görə, “Nüvə təhdidi:Şimali Koreya” mövzusunda simulyasiya konfransında iştirak etmək üçün çoxsaylı müraciətlər arasından 50 ştatı (27 respublikaçı, 22 demokrat, 1 müstəqil) təmsil etmək üçün 50 iştirakçı seçilib. Təşklilatçılar hər iştirakçıya təmsil etmək üçün 1 “senator” müəyyən ediblər. “Senator”lar 3 gün ərzində məruzə sessiyalarına qatılacaq, komitədə qanunvericliyi müəyyənləşdirəcək, partiya müzakirələrində iştirak edəcək, öz ştatlarında olan insanları təmsil edəcək və təyin edilmiş senatoru mümkün qədər dəqiq təsvir edəcəklər. Konfransın sonunda senatorların mövzusunun həllində bir qanun layihəsi qəbul etmələri gözlənilir.

Seçilmiş iştirakçıların əskəriyyəti bakalavr tələbələridir, lakin bir sıra orta məktəb şagirdləri, magistr tələbələri və elmi doktor adını almış şəxslər də konfransda iştirak edirlər. Konfrans zamanı iştirakçılar ABŞ senatoru olmadığn öhdəliyini hiss edəcək və ölkənin qanunveici sistemini daha yaxşı başa düşəcəklər.

Qeyd edək ki, Amerika Birləşmiş Ştatları Senat Modeli (MUSS) abş Senatinin qanunverici prosesini simulyasiya etmək üçün bir platformadır. Bu proqram ABŞ hökumətindəki qanunvericilik prosesinə dair iştirakçıların anlayışlarını yaxşılaşdırmaq və onların siyası iştirakını təşviq etmək üçün bir proqramdır.

Xəbər lenti

Xəbər lenti