...

Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinə icraçı direktor təyin edilib

Siyasət Materials 1 Mart 2018 16:36 (UTC +04:00)
Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinə icraçı direktor təyin edilib.
Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinə icraçı direktor təyin edilib

Bakı. Ənvər Məmmədov - Trend:

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinə yeni rəhbər təyin edilib.

Trend-in məlumatına görə, Orxan Məmmədov Agentliyin icraçı direktoru vəzifəsinə təyin olunub.

O.Məmmədov Bakı Dövlət Universitetində beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr və Odlar Yurdu Universitetində biznes idarəçiliyi üzrə magistr dərəcəsi alıb, Azərbaycan Dövlət İqtisad Universitetini maliyyə və kredit ixtisası üzrə bitirib.

2005-ci ildə Xarici İşlər Nazirliyində referent, 2006-2007-ci illərdə Sənaye və Energetika Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsində aparıcı məsləhətçi, 2007-2018-ci illərdə İqtisadiyyat Nazirliyində Sahibkarlığın inkişafı siyasəti və Dövlətlərarası iqtisadi əməkdaşlıq şöbələrində baş məsləhətçi, müdir müavini və müdir vəzifələrində çalışıb.

Rus və ingilis dillərini sərbəst bilir.

Qeyd edək ki, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi Azərbaycan Prezidentinin 28 dekabr 2017-ci il tarixli fərmanı ilə yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti