Bakı. Elçin Mehdiyev – Trend:
Azərbaycanda aprelin 11-nə təyin edilən prezident seçkilərində səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair çap olunacaq bildirişlərin sayı təsdiq edilib.
Trend-in məlumatına görə, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında bildirilib ki, Azərbaycanda 5 milyon 347 min 803 bildiriliş çap olunacaq.
Daha sonra iclasda prezidentliyə namizədliyi təsdiq edilmiş Tural Abbaslının səlahiyyətli nümayəndələri qeydə alınıb.
Həmçinin iclasda bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib.